Xəbər lenti


 

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Rusiya lideri Vladimir Putini əməlli-başlı “şirəyə çəkib”.

 

Ovqat.com-un məlumatına görə, Braziliya lideri Hindistanın “Firstpost” nəşrinə açıqlamasında Putini gələn il keçiriləcək sammitə dəvət ediləcəyini bildirib.

 

İnanıram ki, Putin asanlıqla Braziliyaya gedə bilər. Əgər mən Braziliya prezidenti olsam və Putin Braziliyaya gəlsə, onun həbs olunmasının heç bir yolu yoxdur”, - Lula bildirib.

 

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi mart ayında Putinin "Ukraynadan yüzlərlə uşağın qeyri-qanuni olaraq deportasiyası və Rusiyaya köçürülməsi" kimi hərbi cinayətlər törətdiyini əsas gətirərək Putin barəsində həbs qərarı çıxarmışdı.




Ana səhifəyə qayıt        Baxış: 3 555          Tarix: 10-09-2023, 20:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma