Xəbər lenti


 

Ovqat.com-un 22 Noyabr 2023 tarixli  buraxılışında “Qurd quzu ilə otlayan Naxçıvanda bir polis zabiti öz doğma qardaşına “atıb”- İDDİA” sərlövhəli yazıda Naxçıvanda yaşayan bir gəncin şikayət məktubunu dərc etmişdik.  Müəllif məktubunda atasından qalan mirasın qardaşı tərəfindən mənimsənilməsindən danışmış və müvafiq orqanlardan haqqının təmin olunmasını istəmişdi.

 

Üzərindən 2 ay keçməsinə baxmayaraq vətəndaşın bu şikayətinə baxılmayıb. Hər halda onun ikinci dəfə redaksiyamıza məktub göndərməsi də bunu təsdiqləyir.  Əlavə heç bir şərhə ehtiyac görmədən ikinci şikayət məktubunu olduğu kimi dərc edirik.

 

"Salam, Heydər bəy,

 

22 Noyabr 2023 tarixli “Qurd quzu ilə otlayan Naxçıvanda bir polis zabiti öz doğma qardaşına “atıb”- İDDİA” başlıqlı məqalə ilə bağlı yenidən bu şikayətimi ictimailəşdirməyinizi xahiş edirəm.

 

№ 23-040-01-02003313 iş ilə bağlı olaraq müraciət edirəm. Baxmayaraq ki, şikayətdə orqanlardan qeyri-qanuni məlumat ötürüldüyünü, hətta qarşı tərəfin lehinə normanın təhrif edildiyini, rüşvət məsələsini bildirdiyim halda, şikayət üzrə araşdırlma yenidən NMR Prokurorluğuna göndərildi.

 

Bunu da qeyd etməliyəm ki, artıq müvafiq qanun maddəsi pozularaq göndərilməsi məktubda qeyd edilən 10.05.2023 və 17.10.2023 tarixli məktublara cavab verilmişdir. Lakin mənə gələn cavab sms  16.11.2023 tarixində gəlmişdir. Göstərilən məktubdan 1 ay sonradır. Mənim noyabr ayındakı elektron şikayətim qeyd edilməmişdir. Bu da tək bir şeyi göstərir: Noyabr ayındakı müraciətimə baxılmamış, yalnızca əvvəlki şikayətlərim ilə bağlı cavab verilmişdir, lakin noyabr ayındakı şikayətimin əsas səbəbi mənə göndərilən məktubların izahının verilməsi və niyə qərar verilmədiyi ilə bağlı idi (sonrakı cavab məktubunda sadəcə həmin tarixli məktub qeyd edilib eyni cavab verilmişdir). Buna görə də dəfələrlə elektron qaydada və ya “Çağrı mərkəzi”nə şikayətim “eyni məzmunlu” olaraq qəbul edilmiş və noyabr və dekabr aylarındakı şikayətlərimə baxılmamışdır. +994 55 654 43 65 nömrəli şəxsi nömrədən zəng gəlmiş, iş ilə bağlı sualar verilmiş və Baş prokurorun müavininə məruzə edildiyini bildirmişdir. Lakin sonra dəfələrlə zəng vursam  və sonuncu dəfə çağrı mərkəzinə də bildirsəm də, həmin zəngin kim tərəfindən edildiyi və ya məruzənin (əgər edilibsə) nəticəsi haqqında heç bir məlumatım yoxdu.

 

6.12.2023 tarixində mənə gələn cavab məktubu artıq süründürməçiliyi göstərir. Açıq-aşkar qanunsuzluqlar gedir. Cavab məktubunda 17 Noyabr 2023-cü tarixli şikayət qeyd edilib ondan qabaqkı şikayətlərimə cavab yazılır, səbəb kimi də “eyniməzmunlu” qeyd edilir, lakin Noyabr ayındakı elektron şikayətimdə (hazırkı şikayətim kimi) "Vətəndaşların müraciəti haqqında" AR Qanununun 7.13. normasının pozulması və cinayət işinin başlamasından imtina olunması barədə qərarın qəbul edilməsi (əgər deyildiyi kimi cinayət tərkibi yoxsa) ilə bağlı idi. Hətta dekabr ayında Baş Prokurorluğun Çağrı Mərkəzi ilə danışdıqda qərarın veilməsi üçün aşağı prokurorluğa bildirildiyi qeyd etdi, lakin 2024-cü ilin yanvar ayının 11-i olmasına baxmayaraq hələ də qərar qəbul edilməyib. İndi belə suallar ortaya çıxıb: ya Baş Prokurorluq vətəndaşa yalnış informasiya (bilərək) verir, ya da Naxçıvandakı prokurorluq orqanları AR Baş Prokurorluq orqanının göstərişini yerinə yetirmir?! (1) və bununla yanaşı prokurorluq orqanlarının qərarı doğrudursa, niyə rəsmi qərar verməkdən imtina edir və rəsmi yazılı sürətdə əsaslandımır (bir ildir ki) ?!(2).

 

“Prokurorluq haqqında” AR qanununun 20. Maddəsində prokurorun “kifayət qədər əsas olmaması” barədə yanaşması ilə bağlı prosedur qeyd edilməyib. Buna görə də bu mövqe ilə bağlı vətəndaşın şikayətinə yuxarı orqan (AR Baş Prokurorluğu) mütləq baxmalıdır, lakin "Vətəndaşların müraciəti haqqında" AR Qanununa əsasən baxmalı olduğu halda baxmır. AR Prezdentinə və Ombudsmana müraciətlərim ilə bağlı heç bir cavab ala bilmirəm.

 

Qanunvericilikdəki boşluqlar və məsul şəxslərin laqeydliyi bu məsələnin bu qədər uzanmasına gətirib çıxarır. AR Qanunvericiliyinə görə vəzifəli şəxslər haqqında cinayət işini başlamaq və ya araşdırmaq prokurorluğun səlahiyyətindədidir. Müvafiq orqanın işçilərinin toxunulmazlığı olduğu üçün onların hərəkətlərinə nəzarəti AR Baş Prokurorluğu edir. AR Cinayət Prosessual Məcəlləsinə görə məhkəmə qaydasında  prokurorun qərarından şikayət verilə bilər, başqa halda ancaq prokurorluq daxili tənzimlənir. "Vətəndaşların müraciəti haqqında" AR qanuna əsasən şikayət şikayət olunan subyektə göndərilə bilməz, lakin prokurorluq orqanlarının daxili proseduruna əsasən aşağı orqana göndərilir (baxmayaraq ki, həmin orqanın mövqeyindən narazılıq bildirilir). Prokurorluq haqqında qanunvericilik aktlarında qərarın qəbul edilməsi göstəririlir, lakin cavab məktubu qeyd edilməyib və bunlar arasındakı prosedur və status qeyd edilməyib, bu da daxili tənzimləmə ilə həyata keçirilir.

 

 Buna görə də vətəndaş qanuni yolla heç nə edə bilmir və yanaşı yollar axtarır (dost-tanış, qanunsuz müdaxilə və s.). Sivil dövlətlərdə istənilən orqan və ya hakimiyyəti başqa bir orqan və ya gakimiyyət qolu nəzarət edir. Məs: Türkiyə Respublikasında prokurorların mövqeyindən və ya hərəkətindən Hakimler ve Savcılar Kuruluna şikayət etmək mümkündür, lakin bizdə belə bir orqan yoxdur. AR Prezdentinə dəfələrlə müraciət etməyimə baxmayaraq heç bir cavab ala bilmirəm. Qanunla mən yalnız şikayətimi ictimailəşdirə bilərəm və bundan başqa heç nə edə bilmirəm.

 

Bunun üçün də artıq müvafiq qanuna əsasən AR Baş Prokurorluğu şikayətimə özü şikayətin məzmununa uyğun olaraq cavab verməlidir: 

 

1. Bununla yanaşı cinayət işinin başlanması və ya imtina olunması ilə bağlı qərarın verilməsi ilə bağlı vətəndaşın müraciətindən imtina edilməsi və cavab məktubunun göndərilməsi; 

 

2. Müvafiq norma pozularaq niyə yenidən NMR Prokrorluğuna və ya Naxçıvan şəhər Prokurorluğuna şikayət göndərilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və onların izahının verilməsi (əgər varsa, çünki müvafiq qanuna ziddir)  ilə bağlı müraciətimə cavab verilməsi üçün ictimailəşdirməyinizi Sizdən xahiş edirəm

 

Təşəkkürlər.




Ana səhifəyə qayıt        Baxış: 4 555          Tarix: 13-01-2024, 11:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma