Xəbər lenti

 

"Şimali İraqdakı torpaqlar təkcə kürdlərə aid deyil. Türkmənlər də var, ərəblər də var. Bu səbəbdən bəzilərinin orada yalnız özləri varmış kimi hərəkət etmələri son dərəcə səhvdir. İşin tarixi müstəvisinə daxil olduqda isə məsələlər daha çox dəyişilir".

Ovqat.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 25 sentyabrda Şimali İraqda keçiriləcək referandumu şərh edərkən belə deyib.

 ABŞ-a son səfəri barədə mətbuata açıqlama verən Türkiyə prezidenti bir jurnalistin suallarını cavablandırarkən, Şimali İraq rəhbərliyinə də müəyyən mesajlar göndərib: "Şimali İraq rəhbərliyinin nə etdiyini yenidən düşünməsi lazımdır. İraq Konstitusiyası hər halda bunu qəbul etmir. Gördüyümüz qədəriylə ABŞ da referendum mövzusunda bizimlə eyni düşünür”.

Ərdoğan ABŞ-ın rəsmi mövqeyininin Trampla keçirdikləri görüşdən sonra təşkil olunan ortaq mətbuat konfransında da dilə gətirildiyini xatırladıb:

“Görüşümüzün ardından ortaq mətbuat açıqlaması verdik. Bəhs etdiyim ortaq mövqe həmin brifinqdə də ortaya qoyuldu, görülən işin səhv olduğu vurğulandı. Əlbəttə ki, İranla də görüşümüz çox önəmlidir. İranın qərarı da bizimlə üst-üstə düşür. Gələcəyə istiqamətli bəzi sanksiyalar mövzusunda İran ilə birgə addımları atmağımız lazımdır".

"Bəs, ilk sanksiya kimi sərhədlər bağlana bilərmi" sualına isə Ərdoğanın cavabı konkret olmayıb. O, atılacaq addımların müzakirə edildikdən son müəyyənləşəcəyini bildirərək, əlavə edib:

“Orada türkmənlərin partiya mərkəzini atəşə verdilər. Görürük ki, bəziləri getdikcə öz istiqamətlərini itirirlər

  

Maraqlıdır ki, Ərdoğanın bu açıqlamasından az sonra Şimali İraq prezidenti Məsud Bərzani də “Amerikanın səsi” radiosuna müsahibə verib. Bərzani müsahibəsində ABŞ-ın referendumu təxirə salmaq üçün Ərbilə təzyiq etdiyini gizlətməyib:

"Amerika Birləşmiş Ştatlarının nümayəndələrinə bizə qarşı bu təzyiqlərinin maraqlı və qəribə olduğunu söylədik. Dedik ki, biz hüquqlarımızı istəyirik. Xalqımız öz taleyinə səs vermək istəyir. Referendumun təxirə salınması üçün bizə bir çox fikir və təkliflər verilir. Lakin onların heç biri referendumu əvəz eləmir. Referendum dünyanın sonu deyil. Referendumdan sonra da ciddi dialoqlar davam edəcək. Onlar deyirlər: "Referendum keçirməyin, dialoqa gəlin". Dialoqla nə edəcəyik? Bizim ABŞ və beynəlxalq ictimaiyyətlə yox, Bağdadla problemlərimiz var. Biz ABŞ və beynəlxalq ictimaiyyətin zəmanəti altında Bağdadla danışıqlar aparmaq istəyirik. Bağdad nə indi, nə də gələcəkdə referendum qəbul etməyəcək. Əgər belədirsə, indi də, gələcəkdə də Bağdadın quyruğu olmağı qəbul etmirik ". 

Maraqlıdır ki, Bərzani ABŞ-ın İraq mərkəzi hökumətini onlara qarşı qızışdırdığına da eyham vurub. Onun fikrincə, Bağdadın mövqeyi ABŞ-dan asılıdır: 

“Rəsmi Bağdad ABŞ sözçülərinin fikirlərinə qulaq asır. Sözçülərin ritorikası sərtləşdikdə, Bağdadın mövqeyi də sərtləşir. Onlar yumşalınca, Bağdad da yumşalır”.

Bərzani Amerikanın mövqeyini dəyişdirmək üçün xeyli çalışdıqlarını, amma heç nəyə nail olmadıqlarını da etiraf edib. Rusiyadan isə xeyli razıdır:

"Rusiya bu məsələdə daha şərəfli bir mövqedədir. Bizə dəstək verdiklərini söyləmirəm. Ancaq onlar fərqli bir rəftar da göstərmədilər və referenduma qarşı çıxmadılar".

 Şimali İraq rəhbəri Türkiyə ilə bağlı fikirlərini də səsləndirərək deyib: "Ümid edirəm, referendum Türkiyə ilə əlaqələrimizə mənfi təsir göstərməz. Biz heç kimin təhdidini qəbul etmirik. Bu mesajnı təhdid diliylə danışan Türk yetkililərinə açıq şəkildə çatdırılmasını istəyirik: Bir xalq müstəqil olmaq istəyir! Buyurun, ondan niyə bunu istədiyini  soruşun".

Şimali İraq rəhbəri müsahibəsində müstəqillik inadından dönməyəcəklərini olduqca sərt şəkildə ortaya qoyaraq deyib: “Bizə heç kimin məsləhət verməsini, yol göstərməsini istəmirik. Bu yolda ölümə belə hazırıq ".

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 952          Tarix: 23-09-2017, 18:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma