Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin süqut etdiyi gündür.
Ovqat.com xəbər verir ki, 97 il öncə Azərbaycan Demokratik Cümhuriyyəti Qırmızı imperiya-Lenin başda olmaqla bolşeviklər tərəfindən işğal olunub.
1920-ci il aprelin 27-də son iclasını keçirən Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti rus ordusunun ölkəni işğal etdiyini nəzərə alaraq hakimiyyəti yerli bolşeviklərə təhvil verir.
Aprelin 28-də Hərbi İnqilab Komitəsi bolşeviklərin lideri Vladimir Leninə “Biz Bakı neftini ələ keçirdik” məzmunlu teleqram göndərir. Ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilir. Qanunvericilik funksiyalarını həyata keçirən MİK-ə yalnız azərbaycanlı kommunistlərin (Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və s.) daxil edilməsi Rusiyanın işğalı pərdələmək cəhdi idi.
Respublikada real hakimiyyət Moskvaya tabe olan AK(b)P MK-ya məxsus idi. İlk dövrdə ortaya atılmış "Müstəqil Sovet Azərbaycanı" şüarı isə işğalı pərdələmək üçün bolşeviklərə müəyyən dövr üçün lazım olan taktiki manevrdən başqa bir şey deyildi.
Paylaş: