Xəbər lenti

  

Səudiyyə Ərəbistanı BMT-nin “qara sıyahı”sına salına bilər.

Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Riyad bir çox beynəlxalq təşkilatlar tərəfindən Yəməndə qətliamlar törətmək, xəstəxana və məktəbləri bombardıman etməkdə günahlandırılır.

İnsan hüquqlarını müdafiə edən beynəlxalq təşkilatların BMT-yə təqdim etdiyi ittiham aktı layihəsinə görə, 2016-cı ildə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəməndə 38 xəstəxana və məktəbi bombalamış, 683 uşağın ölümünə və əlil qalmasına yol açmışdı.

Qeyd edək ki, eyni ittihamla rəsmi Riyad ötən il də BMT-yə şikayət edilmişdi. Hətta BMT krallığı “qara siyahıya belə, salmışdı.  BMT-nin Baş katibi Ban Kinin etiraflarına görə, ciddi beynəlxalq təzyiqlərə məruz qalan qurum daha sonra krallığı həmin siyahıdan çıxarmaq məcburiyyətində qalmışdı.

Görünən budur ki, beynəlxalq təşkilatlar bu işin yaxasını buraxmaq istəmirlər. Səudiyyə Ərəbistanının  BMT-nin “qara siyahıya” salınması ona qarşı beynəlxalq sanksiyaları da bərabərində gətirə bilər.




Ana səhifəyə qayıt        Baxış: 1 413          Tarix: 5-10-2017, 11:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma