Xəbər lenti

 

“Yıxılıb şil-küt olar, kim "uçaraq" göylə gedər.

Çünki adət belədir; hayla gələn küylə gedər”.

Heydər Oğuz

 

“İraq ordusu və Haşdi Şabi qüvvələri Kürdüstana ABŞ-ın gözləri qarşısında və onun silahları ilə hücum etdi. Bəs, ABŞ niyə bu hücuma səssiz qaldı? Bu sualların vermək lazımdır, çünki həmin silahlarla kürd peşmərgələri şəhid edilmişdir”.

Ovqat.com xəbər verir ki, bu sözləri Şimali İraq Kürd Muxtariyyətinin prezidenti Məsud Bərzani bildirib.

Dünən muxtariyyət parlamentinin növbədənkənar və fövqəladə sessiyasına öz istefa ərizəsini göndərən Bərzani daha sonra Şimali İraqda yaranmış son vəziyyəti şərh edən yazılı açıqlama verib. Kürd xalqına və dünya dövlətlərinə ünvanlanmış həmin açıqlamada referendumdan sonra mərkəzi hakimiyyət qoşunları qarşısında məğlubiyyətin səbəblərindən danışan Bərzani bunun səbəbini daxili və xarici qüvvələrin xəyanətiylə izah edib.

Azərbaycan xalqını formalaşdıran etnik tərkiblərin vətəni, dolayısıyla həm də bizim ölkəmizin bir parçası sayılan coğrafiyada baş verənləri oxucularımızla yaxından tanış etmək üçün Bərzaninin müraciətindən sətir başlarını yayımlayırıq:  

“Kürdlərin yeganə dostu kürdlərdir”

"Biz yaxşı niyyətlə azad və demokratik bir İraq üçün səy göstərdik. Ancaq qarşı tərəfin demokratiya, haqq və hüquqdan anlamadıqlarını gördük. Bunların zehniyyəti buna icazə vermir. Sülhsevər bir xalq demokratik bir şəkildə haqlarını istəyir və Bağdad isə buna qarşı çıxır”.

Bir daha Kürdüstan xalqının yeganə dostunun elə özü olduğu anlaşıldı. Biz hər kəsimin özünü ifadə edə biləcəyi İraq üçün səs verdik. Bu öhdəlik Konstitusiyada da yazılmışdı. Lakin yazılı Konstitusiya ayaqlar altına atıldı ​​və İraq yenidən məzhəbçi qüvvələrin əlinə keçdi”. 

“Bağdad fədakarlığımızı qiymətləndirmədi”

“3 iyun 2014-cü il tarixində parlamentə getdim və Kürdüstan xalqının iradəsini elan etmək üçün referendum istəyində bulundum. Bundan sonra İŞİD hücumları başladı. İyulun 6-da yenidən bu mövzu qayıtmağa qərar verildi.

Peşmerge olmasaydı, İraq heç bir şəkildə Musulu ala bilməzdi. Beynəlxalq ictimaiyyət peşmərgəni İŞİD-ə qarşı mübarizəyə verdiyi bu töhfələrə görə hörmətlə anır. Bağdadın da bu fədakarlığa hörmət etməsini gözlədik. Lakin Bağdad Havica əməliyyatını qəsdən gecikdirdi və bu əməliyyatı Kərkükə hücum etmək üçün ən axıra buraxdı”. 

“Böyük xəyanətlə üzləşdik”

Kərkükün müdafiəsi üçün də yaxşı bir hazırlaşmışdıq. “Təəssüf ki, 16 oktyabrda böyük xəyanət baş verdi. 16 oktyabr gecəsində peşmərgə və xalqımızın kürəyinə zəhərli bir xəncər  saplandı. Bu xəyanət baş verməsəydi, 16 oktyabrda vəziyyət çox fərqli olacaqdı.

Onlar referendumu bəhanə etdilər. Referendum olmasaydı da, yenə hücuma keçəcəkdilər. İraq Konstitusiyasının tələblərini yerinə yetirmək üçün deyil, kürd xalqının iradəsini qırmaq üçün saldırdılar. Həşdi Şəbi hücumları bizi döyüşməyə məcbur etdi”.

 

"ABŞ silahları ilə Kürdüstana hücum etdilər"

 

“İraq ordusu və Haşdi Şabi qüvvələri Kürdüstana ABŞ-ın gözləri qarşısında və onun silahları ilə hücum etdi. Bəs, ABŞ niyə bu hücuma səssiz qaldı? Bu sualların cavabını vermək lazımdır, çünki həmin silahlarla kürd peşmərgələri şəhid edilmişdir”.

 

"Biz qan tökməmək üçün çox çalışdıq"

 

Peşmərgələr qan tökülməməsi üçün böyük bir səy göstərdilər, ancaq Pirdə (Altınköptü), Zumar, Rabia və digər yerlərdə buna mane ola bilmədik. Peşmərgələr İraq ordusu və Həşdi Şabi hücumlarına böyük qəhrəmanlıqla cavab verdi”.

“Mandatdan imtina etdim”

Kürdüstan parlamenti məndən mandatımın müddətinin uzadılmasını istədi, amma bunu qəbul etmədim. Mən onlara qanunun tələblərini yerinə yetirməyi söylədim. Buna görə də Məclisə məktub yazdım.

 

"Mən peşmərgəyəm"

 

Prezidentlikdən əvvəlki kimi, prezidentliyimdən sonra da mən eyni Məsud Barzaniyəm: peşmərgə olan Məsud Bərzani. Qiymətli xalqım, mən həmişə sizin peşmərgəniz olaraq da qalacağam. Kürd xalqının mübarizəsi dönülməzdir və davam edəcəkdir "




Ana səhifəyə qayıt        Baxış: 1 532          Tarix: 30-10-2017, 08:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma