Xəbər lenti

 

“Hər şeydən əvvəl böyük ayətullah Seyid Əli Hüseyn Sistaninin, bəzi İraq rəsmilərinin və İraq xalqının dostu olan ölkələrin müstəqillik referendumu ilə bağlı fikirlərinə münasibətimiz aydındır. Və İraq Federal Məhkəməsinin Konstitusiyasının ilk maddəsini əsas gətirib verdiyi hökmə hörmətlə yanaşırıq”.

Ovqat.com xəbər verir ki, bunu Şimali Kürd Müxtariyyəti hökuməti bəyan edib.

Xatırladaq ki, muxtariyyət rəhbəri Məsud Bərzani sentyabrın 25-də keçirilən referendumun ləğviylə əlaqədar İraq Federal Məhkəməsinə müraciət etmişdi. Məhkəmə isə Konstitusiyanın 1-ci maddəsini əsas gətirib belə bir referendumun keçirilməsinin yolverilməzliyinə hökm vermişdi. Hökmünə görə, Konstitusiyanın I maddəsi İraq Federasiyası subyektlərinə ayrılmaq hüququ vermədiyi üçün nə keçirilən referendum, nə də Bərzaninin onun ləğvi barədə müraciəti legitim deyil.

Muxtariyyət rəhbərliyi də İraq Federal Məhkəməsinin bu qərarıyla razılaşıb və problemin həlli üçün dialoqda maraqlı olduqlarını bildirib.




Ana səhifəyə qayıt        Baxış: 1 098          Tarix: 14-11-2017, 17:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma