"MDB-yə üzv ölkələr üçün terror təhlükəsi İŞİD terror qruplaşması ilə mübarizədə nailiyyətlərə baxmayaraq, yaxın gələcəkdə yenə də aktual olaraq qalacaq."
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə MDB-nin Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov Sankt-Peterburqda keçirilən MDB ölkələrinin 27-ci Baş Prokurorlar Koordinasiya Şurasının iclasında bildirib.
"MDB ölkələrinin təhlükəsizlik sahəsində əməkdaşlığı bu gün onların milli maraqlarına təhdidlərin olduqca sürətli genişlənməsi ilə əlaqədar çox zəruridir. Bu gün yaranmış vəziyyətin təhlili orta statistik vaxtda onun düzələcəyi ehtimalını artırmır. Suriyada İŞİD ilə mübarizədə əldə olunmuş nailiyyətlərə baxmayaraq, terror aktivliyinin Suirya-İraq zonasından MDB-nin cənub sərhədlərinə doğru irəliləməsi mümkündür", - A.Novikov vurğulayıb.
Qeyd edəlk ki, Koordinasiya Şurasının iclasında əsas müzakirə mövzusu informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərə qarşı mübarizə olub.
Azərbaycanın da MDB-nin cənub subyekti olduğunu nəzərə alıb, ölkə rəhbərliyi Andrey Novikovun bu sözlərini ciddi xəbərdarlıq kimi qiymətləndirməlidir.
Paylaş: