Xəbər lenti

 

 

“Biz Qüdsün yəhudiliyin dini simvolu olduğunu anlamalıyıq. Başa düşməliyik ki, Məkkə və Mədinə necə müsəlmanların müqəddəs şəhəridirsə, Qüds də yəhudilər üçün  eyni statusdadır”.

Ovqat.com xəbər verir ki, bu açıqlamanı Ərəbistanın Ciddə şəhərində fəaliyyət göstərən Qərb-Şərq məsələləri üzrə Araşırdırma Mərkəzinin müdiri Əbdülhəmid Həkim bildirib.

Ə.Hakim ABŞ-da fəaliyyət göstərən “Əl-Harə” İnformasiya Agentliyinə açıqlamasında ərəbləri Misirin keçmiş rəhbəri Nasiri tərəfindən əsası qoyulan millətçilik hislərindən yaxa qurtarmağa və İsrailin regiondakı haqqını qəbul etməyə çağırıb: “Biz müzakirələrdə anlaşa bilmək üçün qarşı tərəfin haqlı tələbləriylə razılaşmalıyıq”.

Qeyd edək ki, bu, rəsmi Riyada yaxınlığı ilə seçilən araşdırma mərkəzinin müdirinin ilk sionist çıxışı deyil. Həkim daha əvvəl də bənzər fikirlərlə sadə səudiyyəliləri şoka salmışdı. O, Fələstinin işğal günü münasibətilə İsraili təbrik edərək bildirmişdi: “Bayramınız mübarək və İnşallah, gələn il sülhü qeyd edərik. Allah İsraili və xalqını qorusun, onlara xeyir, bərəkət və sülh ərmağan etsin”.

Həkim Qətər və Fars körfəzi ölkələri arasında yaşanan böhranın ardından da İsrail xəbər agentliklərindən birinə verdiyi müsahibədə Qətəri şiddətlə qınamışdı.




Ana səhifəyə qayıt        Baxış: 2 031          Tarix: 17-12-2017, 18:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma