Xəbər lenti

  

Türkiyənin “Zeytun budağı” hərbi əməliyyatına 72 təyyarə ilə başladığı xəbər verilmişdi. O da bildirilmişdi ki, 72 rəqəmi təsadüfən seçilməyib: qardaş ölkə bundan əvvəlki “Fərat qalxanı” əməliyyatında 72 əsgəri itirmişdi və “Zeytun budağı” əməliyyatında eyni sayda təyyarədən isifadə olunması həmin şəhidlərin əziz xatirəsini yad etmək məqsədi daşiyır.

Əlbəttə, 72 hərbi təyyarə kiçik rəqəm deyil. Elə böyük ölkələr var ki, onun Hərbi Hava Qüvvələrində heç bunun yarısı qədər təyyarə yoxdur. Məsələn, Avropanın ən böyük ölkələrindən olan Avstriyanın cəmi 15, Belçikanın 45, Danimarkanın 35, İsveçrənin 54 hərbi təyyarəsi var. Elə ölkələr də var ki, "damazlıq" 1 hərbi təyyarəyə malikdirlər – Qambiya, Litviya kimi.

O zaman sual olunur: Türkiyənin neçə hərbi təyyarəsi var ki, bir əməliyyata hardasa Belçika və Danimarkanın Silahlı Hava Qüvvələrinin toplam gücü qədər təyyarə çıxara bilir?

Məlumata görə, 207. Bunun 49 ədədi F-4E, 158 ədədi isə F-16C təyyarələridir. Türkiyə bundan əlavə 100 ədəd F-35A təyyarəsi sifariş verib, amma onlar daha istehsal edilib Ankaraya təhvil verilməyib.

Göründüyü kimi, Türkiyə “Zeytun budağı” əməliyyatına öz hərbi hava qüvvələrini 3/1-ni səfərbər edib. Əlbəttə ki, bu, Ankaranın PKK/PYD təhdidinə nə qədər önəm verdiyini göstərir.

 

Yəqin ki, bu yerdə bizim hərbi təyyarəmizin sayını da maraq etməmiş olmazsınız. Azərbaycanın hərbi arsenalında 29 hərbi təyyarə mövcuddur. Bunun 5-i MIG-21, 13-ü MIG-29, 11-i SU-25-dir. Bu gücümüzlə Ermənistan hərbi hava qüvvələrini hardasa 3 dəfə geridə qoyuruq: bədxah qonşumuzun cəmi 11 SU-25-i var. Eyni sözləri digər post-sovet ölkələriylə müqayisədə demək isə çətindir:

Türkmənistan - 44 hərbi təyyarə:

24 X MiG-29

20 X Su-25

 

Belarus – 111:

43 X MiG-29

68 X SU-25

Sifariş verilən: 12 X SU-30

 

Özbəksitan – 89:

39 X MiG-29

20 X Su-25

30 X Su-27

 

Qazaxıstan – 106:

 

3 X MiG-23

12 X MiG-27

25 X MiG-29

21 X MiG-31

13 X Su-24

14 X Su-25

18 X Su-27/30

Sifariş verilən: 30 X Su-27/30

 

Ukrayna – 64:

 

21 X MiG-29

 

12 X Su-24

 

13 X Su-25

 

18 X Su-27

 

Rəqabətdə olduğumuz İrana gəlincə isə, bu ölkənin 182 hərbi təyyarəsi var:

 

47 X F-4D/E/RF-4E

26 X F-5E/Saegheh

17 X F-7

24 X F-14

20 X MiG-29

9 X Mirage F1EQ

23 X Su-24

7 X Su-22

9 X Su-25

 

Əhali sayına görə bizimlə təxminən eyni, ərazisinə görə isə bizdən xeyli kiçik olan İsrail isə 252 hərbi təyyarəyə sahibdir:

67 X F-15A/C/I

176 X F-16C/I

9 X F-35I

Sifariş verilən: 41 X F-35I

Müsəlman ölkələri arasında hərbi təyyarə gücünə görə liderliyi, təbii ki, Pakistan edir - 410 hərbi təyyarə:

136 X F-7

45 X F-16A/C

70 X JF-17

69 X Mirage IIIEP/OF/RP

90 X Mirage 5EF/F/PA

SİPARİŞİ VERİLENLER: 78 X JF-17

Dünya liderlərinə gəlincə, bu sahədə də ilk 3-lüyə girən ABŞ, Rusiya və Çindir.

 

ABŞ - 1905 hərbi təyyarə:

431 X F-15C/E

791 X F-16C

178 X F-22

28 X F-35A

Sifariş verilən: 100 X B-21 ve 48+1589 adet F-35A,

 

Rusiya - 1550 hərbi təyyarə

 

262 X MiG-29/35

134 X MiG-31

296 X Su-24

201 X Su-25

378 X Su-27/30/35

109 X Su-34

 

Çin - 1527  hərbi təyyarə:

150 X H-6

418 X J-7

143 X J-8

261 X J-10

276 X J-11/Su-27/30/35

25 X J-15/Su-30/33

2 X J-20

70 X JH-7

118 X Q-5

Sifariş verilən: 20 X J-11/Su-27/30/35 ve 50 X J-15/Su-30/33

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 160          Tarix: 26-01-2018, 01:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma