Xəbər lenti

 

Bu gün BAXCP İdarə Heyətinin toplantısı keçirilib və növbədənkənar seçkilərə getməyə qərar verilib.

Məlumatı Ovqat.com-a partiya sədrinin təşkilat məsələləri üzrə müavini Bünyamin Qəmbərli verib.

Onun bildirdiyinə görə, BAXCP İdarə Heyəti seçkilərdə deputat Qüdrət Həsənquliyevi dəstəkləməyi qərarlaşdırıb. Amma bu, partiyanın yekun qərarı da deyil. Həmsöhbətimizin fikrincə, yekun qərar patiyanın Ali Məclisinin iclasında veriləcək: 

“Bu təşəbbüs partiya Ali Məclisində qaldırılacaq və həmin orqanın çıxaracağı qərardan asılı olaraq, seçkilərə qatılıb qatılmamaq müəyyənləşdiriləcək”.

Bünyamin Qəmbərli partiyanın İdarə Heyətinin seçkilərə müxaliflərin vahid namizədi ilə qatılmaqda maraqlı olduğunu bildirdi. Onun sözlərinə görə, son ana qədər vahid namizədi müəyyənləşdirmək üçün çalışacaqlar. Bu alınmasa, partiya sədri Qüdrət Həsənquliyevin namizədliyi dəstəklənəcək.

Partiya seçkilərə qatılmaqla bağlı rəsmi bəyanat da qəbul edib. Bəyanatla bu linkdə tanış ola bilərsiniz:

http://ovqat.com/manset2/17397-baxcp-qrar-verdi.html

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 120          Tarix: 12-02-2018, 23:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma