Xəbər lenti

 

Azərbaycan jurnalistlərinin bu gün keçirilən qurultayında Mətbuat Şurasının İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib.

Musavat.com xəbər verir ki, qurultayda Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib. Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşıb.

Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Bəxtiyar Sadıqov, Aynur Camalqızı, Bahəddin Həziyev Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçiliblər.

İctimaiyyət nümayəndələri arasından Vüqar Səfərli, Müşfiq Ələsgərlıi, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babayev, İlham İsmayılov, Yadigar Məmmədli MŞ İH-ə üzv seçiliblər.

İnternet portallarının təmsilçiləri arasında isə Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev və Anar İmanov daha çox səs alaraq MŞ-in İdarə Heyətinin üzvü olublar.


Əli Rais, 
Musavat.com 




Ana səhifəyə qayıt        Baxış: 821          Tarix: 10-03-2018, 20:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma