\
Stokholm Beynəlxalq Mülki Məhkəməsi Rusiyanın enerji şirkəti “Qazprom”-un İngiltərə və Uelsdəki mülkiyyətlərinə əl qoyub.
Ovqat.com xəbər verir ki, məlumatı Ukraynanın “Qazprom”la davalı olan “Neftoqaz” şirkəti yayıb.
Məlumata görə, məhkəmədə “Neftoqaz”-a uduzan “Qazprom”-un İngiltərə və Uelsdəki 50 min dollardan bahalı bütün mülkiyyətlərinin siyahısı məhkəməyə təqdim olunub və təzminat ödəməyəcəyi təqdirdə “Qazprom”-a sanksiyalar tətbiq ediləcək.
Mərkəzi Stokholmda yerləşən Beynəlxalq Mülki Məhkəmə bir müddət əvvəl verdiyi qərarda “Qazprom” və “Naftogaz” arasında gedən məhkəmə işini Ukrayna şirkətinin xeyrinə başa vurmuşdu. “Qazprom”un Ukraynaya təbii qaz ixracı ilə bağlı öhdəliklərini yerinə yetirmədiyinə hökm edən məhkəmə, “Qazprom”-un “Naftogaz”-a 2,56 milyard dollar təzminat ödəməsi barədə qərar vermişdi.
Paylaş: