Xəbər lenti

  

AZAL-ın bütün xarici ölkələrə uçuşları dayandırılıb.

Ovqat.com-a bu məlumat xarici dövlətdə yaşayan bir həmyerlimiz tərəfindən verilib.

İnformasiya qaynağımızın bildirdiyinə görə, Kiyev hava limanında 3 saatdır uçacağı təyyarəni gözləyir. Təyyarəyə isə minik başlanılmır:

“Bu hal yalnız bir istiqamətə deyil, dünyanın bütün şəhərlərinə uçuşlarda da yaşanır. Digər hava şirkətlərində isə heç bir gecikmə yoxdur. Belə aydın olur ki, uçuşların dayandırılması Kiyev aeroportundan qaynaqlanmır. AZAL-dan isə nə baş verdiyinə dair heç bir informasiya ala bilmirik”.

Biz də bu məlumatı dəqiqləşdirmək üçün AZAL-a dəfələrlər zəng etdik. Nə yazıq ki, niyyətimiz baş tutmadı. Hava limanının telefonuna etdiyimiz zənglərə heç bir cavab verilmədi.

***

Məlumat mənbəmizin verdiyi son məlumata görə, AZAL-da uçuşlar bərpa olunub. Bildirilir ki, problem komputer sistemində yaranmış texniki nasazlıqdan qaynaqlanırmış.




Ana səhifəyə qayıt        Baxış: 1 689          Tarix: 23-06-2018, 14:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma