"Liderlərinin korrupsiya və zənginlik səviyyəsi İranın hökumətdən daha çox, mafiyaya bənzər bir qüvvə tərəfindən idarə edildiyini göstərir".
Ovqat.com xəbər verir ki, bu iddanı ABŞ Dövlət Departamentinin sədri Mayk Pompeo irəli sürüb.
İranın yüksək səviyyəli nümayəndələrinin qarışdığı korrupsiyaya işarə edən Pompeo bu ölkədəki hökumət əleyhdarlarına dəstək olacaqlarını gizlətməyib:
"Tramp rəhbərliyi İran xalqı üçün sizinlə eyni yuxunu görür. Bizim səylərimiz və Tanrının köməyi ilə o günlər gələcək!".
"Ölkənin yönümünü müəyyənləşdirmək hər bir cəmiyyətin öz iradəsindən asılıdır", deyən Pompeo bildirib ki, "ABŞ uzun zamandır səsləri gözardı edilən İran xalqını dəstəkləyəcək" .
Almaniya, Fransa və İngiltərəni nüvə müqaviləsində tutmağa çalışan İranın digər tərəfdən isə gizlicə Avropa ölkələrində terror hücumları planlaşdırdığını iddia edən Dövlət Departamentinin sədri rəsmi Tehranla masaya otura biləcəklərini də istina etməyib. Amma bir şərtlə: "İran rəhbərliyi konkret addımlar atmalıdır".
Hələlik isə İranın enerji və bank sektoruna təzyiq göstərməyə davam edəcəklərini bildirən ABŞ yetkilisi öz hədəflərini də açıqlayıb:
"Hədəfimiz, İrandan xam neft idxal edən ölkələrlə işləyib 4 Noyabra qədər bu idxalı sıfıra endirməkdir".
Ülkər Fətəliyeva
Paylaş: