Xəbər lenti

  

OPEK-ə üzv ölkələrin keçən il neft ixracından əldə etdiyi gəlir əvvəlki illə müqayisədə 28,6% artaraq 567 milyard dollara yüksəlib. 2016-cı ildə bu qazanc 441 milyard dollar idi.

Ovqat.com xəbər verir ki, bu məlumatı ABŞ-ın Enerji İnformasiya İdarəsi (EIA) yayıb.

EIA-nın məlumatlara görə, 2016-cı ildə bir barrel Brent markalı neft orta hesabla 43.74 dollara satılıb. 2017-cı ildə isə bu rəqəm 54,15 dollar olub. Fərq: 10. 41$

 Həmin dövr ərzində Qərbi Texas (WTI) tipli xam neftin qiyməti daha az fərqlənb:

2016      -      43.33

2017      -      50.79

Fərq: 7.46 $

EIA təxmin edib ki, növbəti iki ildə də neftdən əldə edilən gəlirlər xeyli artacaq: bu il OPEK-in neft ixracından əldə edəcəyi ümumi gəlir 736 milyard , gələn il isə 719 milyard dollar olacaq.

 

 EIA dünyanın ən çox neft istehsal edən ölkələrini də müəyyənləşdirib. Səudiyyə Ərəbistanı yenə OPEK-ın ən böyük “qara qızil” istehsalçısı və dünyanın ən çox xam neft ixrac edən ölkəsi kimi öz mövqeyini qoruyub saxlaya bilib. Krallıq ötən il də OPEK üzvləri arasında ən çox gəlir əldə edən ölkə idi.

 Məlumata görə, Səudiyyə Ərəbistanının 2016-cı ildə neftdən əldə etdiyi gəlir 134 milyard dollar idi. Onun 2017-ci ildəki ixrac gəliri isə 24,6% artaraq, 167 milyard dollara çatıb. Bu göstərici ilə Səudiyyə Ərəbistanınım ötən il neft ixracından əldə etdiyi gəlir OPEK-in ümumi ixracının 29,4%-ı  olub.

 

 İraq ikinci sırada

 

 OPEK ölkələri içində ötən il neft ixracından ən çox pul qazanan ikinci ölkə İraqdır. Onun 2016-cı ildəki gəliri 53 milyard dollar idi. 2017-ci ildə isə bu rəqəm 30,2 faiz artaraq 69 milyard dollara yüksəlib.

 İraq neft ixracatından əldə etdiyi qazancla OPEK-in ümumi ixrac gəlirlərinin 12,17%-ni hasil edib və satıb.

OPEK-də çüncülük : İran və BƏƏ

 Neft ixracında İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) isə OPEK daxilində üçüncü yeri bölüşüblər.

 

 BƏƏ-nin 2016-cı ildəki gəliri 45 milyard dollar ikən, 2017-ci ildə bu rəqəmi 22,2 faiz artımla 55 milyard dollara çatdırıb. Həmin dövrdə İranın gəlirində isə 48,6 faiz artım müşahidə olunub - 37 milyard dollardan 55 milyard dollara. İki ölkənin neft ixracatından əldə etdiyi gəlirlər OPEK-in ümumi ixrac gəlirlərinin 19,4 faizini təşkil edib.

 OPEK üzvlərinin 2016-cı və 2017-ci illərdə neft ixracından əldə etdikləri gəlirlər:

 

Ölkələr                 / 2016                    / 2017          /OPEK-dəki payı

                          / (milyard dollar)      /                 /  faiz

Səudiyyə Ərəbistanı   / 134                          / 167         / 29,4

 İraq                    / 53                           / 69           / 12,17

 BƏƏ                    / 45                           / 55           /  9,7

 İran                    / 37                            / 55           / 9,7

 Küveyt                 / 37                             / 46          / 8,11

 Nigeriya                / 25                            / 34           / 5,99

 Qətər                   / 24                            / 31           / 5,46

 Anqola                  / 26                            / 31           / 5,46

 Venesuela              / 23                            / 29           / 5,11

 Əlcəzair                 / 20                            / 22           / 3,88

 Liviya                   / 2                              / 11           / 1,94

 Konqo                   / 3                              / 5           / 0,88

 Ekvador                 / 4                              / 5           / 0,88

 Ekvador Qvineya       / 4                              / 4           / 0,7

 Qabon                  / 3                                /4           / 0,7

 CƏMİ 441 567 100 000 dollar.

Ekspertlərin bildirdiyinə görə, OPEK üzvü olmayan Azərbaycan ötən il neftdən 6 milyard dollar civarında pul qazanıb.




Ana səhifəyə qayıt        Baxış: 856          Tarix: 27-08-2018, 15:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma