Xəbər lenti

 

Sovet hakimiyyəti illərində Naxçıvana bir mahnı bəstələnmişdi. Dövrün siyasi ideologiyasına uyğun olaraq, dinləyiciyə “indi nə xanının, nə sultanının” olmadığı müjdəsini verən həmin mahnı müstəqillik illərində tamamilə təhrif edilərək “indi həm xanı var, həm sultanı var” şəklinə dönüşdü. İlk əvvəl ironiya məqsədilə edilmiş təhrif daha sonra musiqiçilər tərəfindən də qəbul olundu və toylarda, şənliklərdə bu şəkildə oxunmağa başlandı. Zənnimizcə, bu “dəyişiklik” səbəbsiz deyildi. Əsas səbəb Naxçıvanın müasir durumuna həsr edilmiş yeni mahnıların bəstələnməməsi, köhnə mahnının isə həqiqəti ironik olsa da, əks etdirməsi idi. Səbəbinin nə olmasından asılı olmayaraq, köhnə mahnının sözlərinin təhrifi və bunun cəmiyyət tərəfindən tutulması Naxçıvanın bugünkü durumuna uyğun musiqi nümunəsinə ehtiyac yarandığını göstərir.

Azərbaycan hakimiyyətində, iş və sənət dünyasında kifayət qədər imkanlı naxçıvanlının mövcudluğu, hətta onlardan bəzilərinin şəxsən gülə, çiçəyə, canana, dahi rəhbərə musiqilər bəstələmələrinə baxmayaraq, qoynundan çıxdıqları məmləkəti unutmaları, qazandıqları (oğurladıqları demirik ki, xətirlərinə dəyməsin) pulları-paraları sənətə, musiqiyə deyil, eyş-işrətə xərcləmələri toplumumuzdakı bu zərurətin indiyədək davam etməsinə gətirib çıxarmışdır. Amma deyəsən, imkanlı naxçıvanlıların gözardı etdikləri bu boşluğu imkansız yerliləri doldurmaq əzmindədir.

Bəli, səhv anlamadınız, Naxçıvana “Naxçıvan köçkünləri” tərəfindən yeni mahnı bəstələnib. Sözləri Sahib Hüseynə, bəstə və ifası Royal Dənizə məxsus olan “Naxçıvan” mahnısını Ovqat.com oxucularına təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 1 249          Tarix: 18-12-2018, 08:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma