
2018-ci ildə 240 mindən çox qadın işləmək üçün yurd xaricinə çıxmaq məcburiyyətində qalıb.
Ovqat.com xəbər verir ki, bunu Özbəkistan Qadınlar Komitəsinin sədri Tanzila Norboeva yerli mətbuata açıqlamasında deyib.
Komitənin 2014-2018 illərdə gördüyü işlər haqqında məlumat verən Tanzila Norboevanın fikrincə, işsiz qadınlarla fərdi işlərin çatışmazlığı, onların sahibkarlıq fəaliyyətində qarşılaşdıqları problemlər və işsiz qadınlara mövcud imkanlar haqqında natamam məlumatlar verilməsi nəticəsində 240 mindən çox qadın xaricdə işləmək üçün Özbəkistanı tərk edib.
Gazeta.Uz səhifəsində dərc olunan müsahibəsində Tanzila Norboeva Fərqanə və Namangan rayonlarında qadınların işsizlik səviyyəsi daha yüksəkdir: “Buralardakı regional qadın komitələri tərəfindən görülən işlər nəticə verməyib. "Müəllim-tələbə" proqramı lazımi şəkildə işləmir, eyni zamanda qadınların əl işləri ilə məşğul olma və ev mərkəzli məşğulluqda iştirakları da tələb dərəcəsində deyil. Məsələn, qadınları evlərdə məşğulluq imkanlarının dəyərləndirib, onlara maaşlarının vaxtında verildiyi haqqında heç bir məlumat yoxdur”.
Özbəkistan Qadın Komitəsinin bir müddət əvvəl yaydığı hesabatda regional rəsmilərin işsiz qadın sayı haqqında həqiqətlərə uyğun olmayan statistik məlumatlar təqdim etdiyi və komitənin sahə işləri daha yüksək nisbətdə işsiz qadın olduğunu göstərdiyi qeyd olunub.
Tanzila Norboeva da açıqlamasında "qadınların əl işləri üçün işəgötürən təşkilatların aşağı əmək haqqı verdiklərini vurğulayıb: “Hələ ki, bu işlər yalnız kağız üzərində baş verir. Əgər biz məşğulluqla bağlı yuxarıdakı problemləri həll etməsək, qadınlar arasında baş verməkdə olan mənfi hadisələrin qarşısını almağımız da mümkün olmayacaq".
Qeyd edək ki, statistikalara görə, 24 milyon əhalisi olan Özbəkistan xalqının ən azı 3/1-i xaricə miqrasiya edib. Belə ki, 1991-ci ildə müstəqillik elanından sonra Özbəkistandan 8 milyon vətəndaşın sırf iqtisadi problemlər üzündən ölkələrini tərk etdiyi güman olunur.
Paylaş: