Xəbər lenti

 

Biləsuvar rayon Xırmandalı kəndinin bir qrup qadın sakini rayon icra hakimiyətinin təziqlərinə məruz qalıb.

Ovqat.az xəbər verir ki, bu barədə həmin qadınlar Regionaz.tv-yə şikayyətində bildirllər. Qadınların deməsinə görə, ailələrinin dolanışığını yaxşılaşdırmaq məqsədilə, Biləsuvar rayonundan Cəlilabd rayon Göytəpə şəhər ərazisndəki  çiyələk sahəsində fəhlə işləməyə gəlirlər. Şikayətçilər bildiriblər ki, Rayon icra hakimiyyətinin başçısı Mahir Quluyevin  göstərişi ilə icra hakimiyyətinin müavini Xanlar Məmmədov polis gücü ilə bizim qarşımızı kəsib, pambıq sahələrində gedib işləməyə məcbur edir:

“Ötən il də İcra hakimiyyətinin zorakılığı ilə pambıq sahəsində işləmişik, bu günə kimi pulmuzu ala bilmirik. Bizə sərf etmir orada işləmək. Pul verəndə də; səhərdən axşama kimi işləyirik, 7 manat pul verirlər onu da ala bilsək”.




Ana səhifəyə qayıt        Baxış: 1 965          Tarix: 29-05-2017, 01:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma