Nazilə Nəriman
Söhbət 2019-ci ilin 15 sentyabrından getmir, Azərbaycanın paytaxtı doxsanıncı illərə qədər demək olar ki, bütünlüklə erməni-rus “işğalı” altında idi. Əgər bölgələrdə və Bakı kəndlərində yaşayan əhalı olmasaydı, ana dilimiz çoxdan tarixə qovuşmuş və yaxud rus sözləri ilə təmamilə “zibillənmişdi”. Bütün idarələrdə, dövlət qurumlarında rus dili hakimi-mütləq idi. Yuxarı vəzifələrdə üstünlük isə ermənilərdə idi.
Məni və bacımı atam 1972-ci ildə yay tətilini keçirmək üçün Buzovnadakı "gənc leninçi" pioner düşərgəsinə yollamışdı. Bacım artıq altıncı sinfə keçmişdi və rus dilində az-çox bilirdi. Mən isə səkkiz yaşa keçmişdim və kənd uşağı olduğum üçün rus dilində çox az kəlmə bilirdim.
Gəldiyimiz günün ertəsi, səhər yeməyndən sonra bütün uşaqlar həyətə çıxdılar. Qrupumuzun uşaqları ilə birgə düşərgənin həyətindəki köşklərdən birində sıralanıb oturduq. Arıq, 18-19 yaşlarında eynəkli bir qız yanımıza gələrək dəstə rəhbərimiz olduğunu söylədi (Sonradan aşbaz Səriyyə xaladan öyrəndim ki, rus dilində danışan bu qız milliyyətcə ermənidir. Məşhur filmdə olduğu kimi , Səriyyə xala da bu qızı “nemsə köpək qızı” adlandırırdı və təbii ki, o vaxt mən bunun səbəbini başa düşəcək yaşda deyildim). O, rus dilində bizdən hansı məktəbdə oxuduğumuzu , ad və soyadlarımızı, düşərgəni bəyənib –bəyənmədiyimizi soruşurdu. Mən sualları başa düşsəm də, rus dilində cavab verməkdə çətinlik çəkirdim. Səhvlərimə isə Rita başda olmaqla bütün uşaqlar qəhqəhə çəkirdi. Ana dilimdə cavab verəndə isə xətkeşlə əlimdən vurur və yenidən soruşurdu. Dəstə rəhbəri dilimizi yaxşı anlasa da, mənə doğru inadla suallarını yağdırırdı. Axır ki, məni ağladandan sonra yaxamdan əl çəkdi.
Qrupdakı yaşıdlarımın hamısı paytaxt məktəblərindən idi və rus dilində sərbəst danışırdılar. Azərbaycan dilində daınşanları isə”çuşka” adlandırırdılar. Ona görə də bütün günümü təklikdə və ya hasardan atılıb gizlicə düşərgənin həyətinə gələn buzovnalı uşaqlarla oynamaqla keçirir (onlar məni sahildə bitən ağacların yanına aparır, doyunca əncir, püstə yeyirdik. Qaçdığım bilinəndə isə erməni qızı məni cəzalandırır-yatdığmız otağa salıb qapını arxadan bağlayırdı), gecələr isə mələfəni başıma çəkib səssizcə ağlayırdım. Valideynlərimiz bizə baş çəkməyə gəldiyi ilk bazar günü onlara burda bircə gün də qalmayacağımı dedim və getmək üçün təkid elədim. Atam göz yazlarımı görüb məni və bacımı evə aparmağa məcbur oldu.
İllər keçdi və mən məktəbi başa vurdum. Həmin il atama şəhərin mərkəzində iş yerindən ikiotaqlı mənzil verildi. “Şaumyan 38” ünvanındakı bu ev “Abşeron”mehmanxanasının arxasındakı küçədə yerləşirdi. Bu geniş həyətdə cəmi iki azərbaycanlı ailə yaşayırdı. Bu ailələr sanki küncə sıxışdırılmış vəziyyədə idilər. Uşaqları həyətdəki erməni balaları ilə dalaşanda səslərini belə çıxara bilmirdilər. İki rus, bir yəhudi ailəsindən başqa sakinlərin hamısı erməni idi. Biz ora köcən gün aşağıdakı mənzildə əri ilə birgə yaşayan qoca erməni qadın qapımızı döydü (İlk gündən onu öz aramızda “ördək” adlandırdıq, çünki ördək kimi yanlarını basa-basa yeriyirdi). Bacım dərsə getmişdi. Mənim isə o gün dərsim yox idi və evdə yır-yığış edir, əşyalarımızı yerləşdirirdim. Qapını açanda salam vermədən pozuq Azərbaycan dilində şərtlərini yağdırmağa başladı: «Sizdən əvvəl burda yaşayan azərbaycanlı ailə rayondan idi. Onları burdan mən qovdurdum. Çox səs-küy salırdılar. Musiqi oxutdurmayın, günorta biz nahardan sonra yatırıq, evdə başmaqla gəzməyin, gəzsəniz belə , ayağınızda sürütləməyin. Gecə ondan sonra televizora baxmayın, səsiniz, gəlsə sizin üçün pis olacaq” və digər təhdidlər...
Mən xeyli təəccübləndim. Artıq 16 yaşım vardı və Bakının göbəyində bir erməni qadının bu dərəcə hikkəli danışığından soka düşmüşdüm. Axşam atam işdən gələndə söhbəti ona danışdım. O, sakitcə ayağa qalxıb patefona şən oyun havaları yazılmış val yerləşdirdi və səsini sonadək ucaltdı. Sonra isə oynamağa başladı. Bu, əslində rəqs deyildi. Atam musiqinin sədası altında var gücü ilə döşəməni təpikləyirdi. Bizi də oynamağa məcbur elədi və onunla birgə biz iki bacı da evin içində atılıb- düşməyə başladıq. Otaqda sanki böyük bir rəqs ansablının üzvləri yallı gedirdi. Gözlədiyimiz kimi, az keçmədən arvad yanlarını basa-basa yuxarı çıxdı. Atam onu da oynamağa dəvət etdi. Qadın rus dilində çığır-bağır salmağa başladı. Atam təmiz rus dilində ona“erməni kaftarı, burdan rədd ol, bir də yuxarı qalxıb uşaqlarımı narahat etsən, səni ikinci mərtəbədən aşağı tullaram”, –dedi.
Qadın dinməz-söyləməz tələsik mənzilinə endi. O gedəndən sonra əri yuxarı çıxdı və atamı hədələməyə başladı. Atam onu kənara çəkib qulağına nəsə dedi. Kişi sürətlə pilləkənləri enərək evinə girdi. Mən isə atam üçün narahat oldum. Çünki qadın onu milislə hədələmişdi. Atam “bunlar zəifin yanında canavara dönürlər. Güclünün yanında isə qorxaq pişikdən fərqlənmirlər. Heç bir qələt edə bilməzlər. Mən kişiyə dedim ki, gecə gəlib yatağınızda ikinizi də boğaram. Əgər şikayət eləsən ikinizin də canını alacağam”.
Bunu deyib qəhqəhə çəkdi. Biz də ona qoşulub güldük. Zaman göstərdi ki, atam bu sözlərində nə qədər haqlı imiş. O vaxtdan ər-arvadın üzlərini belə görmədik. Yenə də birinci mərtəbədə yaşayırdılar, amma bizim gəldiyimizi eşidən kimi tez içəri girib qapını örtürdülər.
Bəli, o vaxtlar Bakı sözün həqiqi mənasında erməni-rus işğalı altında idi. Bakı “dığa”ları “Ermənikənd” adlandırdıqları böyuk bir ərazini Bakının ortasında balaca “Ermənistana” çevirmişdilər. Nərimanov rayonunda “Daş karxanası”adlanan iri bir məhəlləni ələ keçirib orda xırda daxmalar tikərək rayondan gələn tələbələrə və yeni evlilərə kirayə verirdilər. O dövrdə arvadı erməni olmayan məmurların vəzifədə irəliləmək sansı cüzi idi. Buna görə də məmur olmağı hədəfləyən bir çoxu ali məktəbi birirən kimi erməni ağçiləri ilə evlənirdi. Bakıda ermənilərin “qılıncının” dalı da kəsirdi, qabağı da…
Bu vəziyyət hazırda yaxşıllığa doğru xeyli dəyişsə də, paytaxtda və hətta bölgələrdə belə ermənilərin sayı bu gün də az deyil. Bu gün də hakimiyyət strukturunda arvadı, anası erməni olan onlarla məmur çalışır. Və onlar bizim həyatımızı istədiikləri kimi idarə edirlər.
Ən dəhşətlisi isə odur ki, müstəqilliyin bərpasından kecən bu müddətdə vəziyyət yenə də acınacaqlı hala gəlib çıxıb. Bu gün də şəhərdə rus dili dominantlıq edir. Təkcə paytaxtın köhnə sakinləri deyil, bölgələrdən şəhərə köçənlər, köçkün ailələrin böyuk əksəriyyəti usaqlarını rus məktəblərinə və ya rus bölmələrinə yazdırırlar. Haqlı arqumentləri də var. Hansı is yerinə, sirkətə yaxınlaşsan rus dilində bilib-biləmədiyini sorusurlar. Və təbii ki, rus dili bilməyən qapı dalında qalır.
Biz hara gedirik? Rus "matuska"larının dili bizim anamızın dilindən niyə belə qiymətli olub? Bu biabırçılığın qarşısını alan tapılmayacaqmı? Mustəqil adlanan bir ölkə niyə görə könüllü şəkildə müstəmələkəyə çevrilir ki? Hanı bu insanların milli heysiyyəti, vətən təəssübkeşliyi? Biz doğrudanmı rusun könüllü kölələri olmağa razıyıq? Bəs tökülən bu qədər qanlar, verilən qurbanlar nə üçündü?
Paylaş: