Xəbər lenti
Bu gün, 19:25

   

Türkiyə Xarici işlər Naziri Mövlud Çavuşoğlu Almaniyanın “Deutsche Welle” informasiya kanalına müsahibə verib.

Ovqat.com xəbər verir ki, müsahibədə Türkiyənin Barış pınarı əməliyyatının dünyada yaratdığı reaksiyalar üzərində dayanan Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampın vasitəçilik təklifini dolayısıyla rədd edib:

 "Biz terrorçularla danışıq aparmırıq. Atılacaq tək addım terrorçuların silahı buraxmasıdır. Biz keçmişdə Türkiyədə siyasi həll yollarını təcrübədən keçirdik və nə nəticələndiyini gördük".

 ABŞ Prezidenti Donald Trampın Xəzinə Müşavirliyinə Türkiyəyə qarşı sanksiya tətbiq etmək səlahiyyəti verməsinə də Çavuşoğlunun reaksiyası maraqlı olub:

"ABŞ daha əvvəl də Daxili İşlər və Ədliyyə Nazirlərimizə də sanksiya tətbiq etdi. Biz də cavab verdik. Yəni hər hansı bir mənfi addımın qarşılığını adekvat şəkildə veririk”.

Video-müsahibəni bu linkdən izləyə bilərsiniz:

[media=https://p.dw.com/p/3RBeQ] 

Maraqlıdır ki, Türkiyə Xarici İşlər nazirinin bu müsahibəsindən sonra Tramp kürd separatçılarını bölgədən geri çəkilməyə çağırıb




Ana səhifəyə qayıt        Baxış: 598          Tarix: 13-10-2019, 12:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma