Daxili İşlər Nazirliyindən ötən gün qanunsuz aksiya zamanı saxlanılan AXCP sədri Əli Kərimlinin iddialarına cavab verilib. DİN Hospitalının rəisi İsbi Babaxanov bildirdi ki, Əli Kərimli hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxılıb.
Ovqat.com müsahibəni təqdim edir:
- 19 oktyabr tarixində 1965-ci il təvəllüdlü Kərimli Əli Əmirhüseyn oğlu polis əməkdaşlarının tövsiyəsi ilə hospitalda tibbi müayinələrdən keçmişdir. Onun sol alın nahiyəsində yüngül dəri cızıqları müşahidə edilmişdir. Vətəndaş Kərimli hospitalda baş beyin kompüter tomoqrafiyası, abdominal və torakal kompüter tomoqrafiyası, rentgenoqrafiya müayinələri və qarın boşluğunun ultrasəs müayinələrindən keçmişdir. Heç bir patoloji hal aşkar edilməmişdir. Buna görə də xəstə evə buraxılmış və müayinə protokolları ona təqdim olunmuşdur.
- Əli Kərimli sosial şəbəkələrdə bildirir ki, hospitalda onu xərəkdən istifadə etmədən müayinələrdən keçiriblər. Bu barədə nə deyə bilərsiniz?
- O, hospitala gələrkən, müayinələrdən keçərkən xərəkdən istifadəyə və kənar şəxslərin ona köməkliyinə ehtiyac olmamışdır. O, bütün müayinə kabinetlərini öz ayağı ilə gəzərək keçmişdir.
Paylaş: