Xəbər lenti

  

Bu gün AMİP Siyasi Şurasının növbəti iclası keçirilib.

Partiyanın Mətbuat və informasiya xidmətindən Ovqat.com-a daxil olan məlumata görə, iclasda ilk başda AMİP Mərkəzi Şurasının 10 dekabr tarixli iclasının qərarına əsasən, 09 fevral 2020-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə iştirak edəcək namizədlərin irəli sürülməsi ilə bağlı məsələ müzakirə edilib

Namizədlərin bir neçə mərhələdə irəli sürülməsi qərar alınıb və ilkin olaraq 11 dairədən namizədlərin irəli sürülməsi təsdiqlənib.

  1. Orucov Əli Məhəmməd oğlu 9 saylı Binəqədi ikinci
  2. Mustafayev Elşən Mansur oğlu 15 saylı Yasamal birinci
  3. Bayramov Rəşad Aydın oğlu 22 saylı Nəsimi ikinci
  4. Səfərov Məmmədəli Talıb oğlu 25 saylı Nizami ikinci
  5. Əlizadə Arzuxan Baxşəli oğlu 26 saylı Sabunçu birinci
  6. Həsənov Tapdıq Həsən oğlu 79 saylı İmişli
  7. Bayramov Elman Əkbər oğlu 81 saylı Beyləqan      
  8. Hüseynli Teyyub Həşim oğlu 88 saylı Göyçay
  9. Əliyev Loğman Allahverən oğlu 90 saylı Ağdaş
  10. Xanəlizadə Bəhmən Tofiq oğlu 111 saylı Zaqatala-Balakən
  11. Həsənbəyli Süleyman Yaşar oğlu 119 saylı Ağdam kənd

 

Siyasi Şuranın iclasında, həmçinin, ABŞ Senatı tərəfindən “erməni soyqırımı”nın tanınması ilə bağlı qəbul edilən qətnamə müzakirə olunub. AMİP Siyasi Şurası ABŞ Senatı tərəfindən qəbul olunmuş qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası olmadığını bildirərək "erməni soyqırımı" ilə bağlı qərarı qərəzli və ədalətsiz hesab etdiyini bəyan edib.




Ana səhifəyə qayıt        Baxış: 3 379          Tarix: 14-12-2019, 18:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma