Xəbər lenti

 

18:49

“Biz vətəndaşlara müraciət edirik ki, məntəqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etsinlər”.

Bunu Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, MSK tərəfindən dairə seçki komissiyalarına tapşırıqlar veriləcək ki, gecikdirilmədən müraciətə baxsın: “Biz onsuz da məcburuq ki, daxil olan müraciətləri dairə seçki komissiyalarına göndərək. Onun üçün vətəndaşlara müraciət edirik ki,  məntəqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etsinlər”.\\APA

18:51

“Biz dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan və sosial şəbəkələrdə paylaşılan görüntüləri araşdıracağıq”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, həmin müraciət və görüntülərlə bağlı Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul ediləcək. \\APA




Ana səhifəyə qayıt        Baxış: 423          Tarix: 24-12-2019, 19:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma