Xəbər lenti

 

10 il bundan əvvəl – 12 Yanvar 2010-cu ildə İranın ən ünlü nüvə fiziki Məsud Əlməhəmmədi evinin qarşısında qətlə yerilmişdi.
Ovqat.com
xəbər verir ki, İranın kəşfiyyat orqanlarının araşdırması nəticəsində qətli törədən tapılmış və onun MOSSAD-ın sifarişi ilə həmin terror aktını törətdiyi müəyyənləşdirilmişdi.

İranın nüvə proqramının qarşısını almaq məqsədilə həyata keçirilən terror aktının icraçısı ölkənin ən ünlü idmançılarından biri Məcid Cəmalfəşi idi. Təhlükəsizlik qüvvələri onun MOSSAD-la necə əməkdaşlıq etməsinin sirrini də aydınlaşdırmışdılar. Məlum olmuşdur ki, Məcid Cəmalfəşi idman yarışı üçün gəldiyi Azərbaycanda İsrail səfirliyi ilə təmasa keçmiş və kiçik tapşırıqları məharətlə icra etdikdən sonra MOSSAD-la əməkdaşlığa cəlb olunmuşdu.

Sözsüz ki, burada qəribə heç nə yoxdur. İran kəşfiyyatı da düşmən kimi gördüyü qüvvələri elə eyni qaydada sıradan çıxarır. Dəfələrlə Yaxın Şərq ölkələrində, Avropada SEPAH-a bağlı qüvvələr tərəfindən həyata keçirilən terror xəbərləri ilə qarşılaşmışıq, bu gün də qarşılaşırıq. Heç uzağa getməyək, Azərbaycanın bir sıra dövlət xadimlərinə, ziyalılarına qarşı törədilən terror aktlarının arxasında əsasən İranın dayandığı hər kəsə məlumdur.

Qəribə olan budur ki, İranın ideoloji savaş mütəxəssisləri bu məsələdə Azərbaycanın da adını hallandırırlar. Bizim tək günahımız isə qatilin Azərbaycanda idman yarışına gəldiyi zaman MOSSAD-la əməkdaşlığa cəlb edilməsidir. Halbuki, bütün kəşfiyyat orqanları öz casuslarını üçüncü dövlətin ərazisində ələ keçirirlər və heç kim bu məsələdə üçüncü tərəfi qınamır. Məsələn, Gəncənin icra başçısına sui-qəsd düzənləyənlər Suriyada və İraqda təlim keçmişdilər. Amma biz həmin şəxslərin əməkdaşlığa cəlb olunmasında sözügedən dövlətləri günahlandırmağı belə ağlımızdan keçirməmişik. Hətta terror aktının arxasında dayandığını özü gizlətmədiyi halda, İranın adını çəkməyə  belə tələsməmişik. Təbii ki, bu təmkinimiz İrandan çəkinməyimizdən yox, dövlət ciddiyyətimizdən və mehriban qonşuluq siyasətimizdən qaynaqlanıb. İran isə ortada əsaslı dəllillər olmadığı halda Azərbaycana qarşı hər cür ittihamları səsləndirməyi dövlətçilik ciddiyyətinə rəva görür. Baxmayaraq ki, Məcid Cəmalfəşi nəinki bizim təhlükəsizlik xidməti tərəfindən əməkdaşılığa cəlb olunmayıb, Azərbaycanda təlim belə keçməyib. O, öz ayağı ilə İsrailə gedib, orda 50 min ABŞ dolları müqabilində MOSSAD-la razılaşıb və öz ölkəsinə qayıdaraq aldığı təlimatları yerinə yetirib.

Əgər Məcid Cəmalfəşinin ayağı sadəcə Azərbaycana dəydiyi üçün bizə qarşı bu cür ağır ittihamlar irəli sürmək doğrudursa, o zaman elə eyni məntiqlə İranı da həmin terror aktında günahlandırmaq olar. Ən azı ona görə ki, bizim torpağa bir neçə dəfə ayağı dəyən həmin casus anadan olduğu gündən edan edildiyi ana qədər düz 24 il İranda yaşayıb. Deməli, bu çürük məntiqlə yanaşanda, İranın sözgedən terror aktında iştirakı barədə iddialar bizimlə müqayisədə daha tutarlıdır.

2012-ci ildə 24 yaşında edam cəzasına layiq görülərək dar ağacından asılan Məcid Cəmal Fəşinin şok etiraflarını təqdim edirik.

Qeyd edək ki, aşağıdakı videolar İranın azərbaycanlı legionerləri tərəfindən hazırlanıb və ölkəmizi terroru dəstəkləyən dövlət kimi göstərməyə hesablanıb.

Filmin I hissəsi

Filmin II hissəsi




Ana səhifəyə qayıt        Baxış: 1 162          Tarix: 12-01-2020, 15:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma