Xəbər lenti

 

Çində Korona virusu epidemiyası səbəbindən həyatını itirənlərin sayı 564 nəfərə, virusa yoluxma diaqnozu qoyulanların sayı isə 28 min 18-ə çatıb.

Ovqat.com xəbər verir ki, Çinin Səhiyyə Nazirliyinin nəzdində yaradılan müvafiq komissiya bu barədə açıqlama verib.

Bildirildiyinə görə, son 24 saat ərzində bu virusdan 73 nəfər ölüb, 3694 nəfərin isə xəstəliyə yoluxduğu təsbit edilib.

İndiyədək sağaldığı üçün xəstəxanadan çıxan xəstələrin sayı 1153 olub.




Ana səhifəyə qayıt        Baxış: 674          Tarix: 6-02-2020, 08:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma