Xəbər lenti

  

Qazaxıstanda yeni etnik münaqişə başlayıb.

Ovqat.com xəbər verir ki, dunqanlarla qazaxlar arasında başlayan qarşıdurmaya adi bir yol hərəkəti qaydasının pozulması səbəb olub.

Məlumata görə, Qırqızıstan sərhəddi yaxınlığında yerləşən Masançı kəndində yol polisi standartlara uyğun olmayan nömrəli “Honda Odyssey” markalı maşını saxlayıblar. Mübahisə düşüb və Masançı sakinlərinin polisi sıxışdırmasına qonşu Qarakəmər kəndinin sakinləri müdaxilə ediblər. Qarakəmər sakini olan ağsaqqal bir kişinin vəhşicəsinə döyülməsi isə vəziyyətin tamamilə nəzarətdən çıxmasına yol açıb. Bölgənin digər kəndlərindən də Qarakəmərlilərə köməyə gələnlər olub. Beləcə, insident böyüyərək etnik münaqişəyə çevrilib.

Məsələ burasındadır ki, Masançı kəndinin 90%-i Qırqıstanın Qazaxıstanla sərhəddində yaşayan dunqanlardır. Bu kəndlə Qarakəmər arasındakı məsəafə cəmi 3 km-dir. Kəndləri bir-birindən Talas çayı üzərində salınmış körpü ayırır. Qarakəmərlilər isə qazaxlardır. İki kənd arasında zaman-zaman xırda məsələlər ucbatından mübahisələr yaranır. Bu dəfə isə adi bir mübahisə etnik münaqişə ilə nəticələnib.

Məlumatlara görə, qazaxların basqın etdiyi Masançı oda verilib. Kənddə ən azı 10 evin yandırılıb külə çevrildiyi bildirilir. İddialara görə, yanğınsöndürənlər kəndə yaxınlaşa bilməyiblər. Ətrafdan hətta silah səsləri eşidilib.

Sosial şəbəkələrda qazaxların Janbıl vilayətinin Kordayi bölgəsinə gəlməsinə dair çağırışlar səsləndirilib. Qazax rəsmiləri insidentin nəzarət altına alındığını bildirsələr də, Qazaxıstan Dungan Dərnəyinin sədri Hüseyin Daurov məlumatı təkzib edib. Onun sözlərinə görə, kənddə atışma başlayıb,  vəziyyət getdikcə pisləşir. "Polisin dediklərinin əksinə olaraq, Masançidəki vəziyyət nəzarət altında deyil. Qonşu kəndlərdən gələn gənclər Masançını yandırırlar. İnsanlara atəş açır, döyürlər, polis isə heç nə edə bilmir. İnsanlar təhlükəsizlik qüvvələrinin gəlməsini gözləyirlər, lakin bu günə qədər vəziyyət ən pis ssenariyə üzrə davam edir”- Hüseyn Daurov belə deyib.

Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumata görə, yanvarın 7-dən 8-ə keçən gecə baş verən insidentdə 8 nəfər ölüb, 40 nəfər yaralanıb. Müstəqil qaynaqlar isə itkilərin daha çox olduğunu bildirirlər.




Ana səhifəyə qayıt        Baxış: 1 039          Tarix: 9-02-2020, 03:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma