Xəbər lenti

 

Təxminən 18 aydır davam edən danışıqlar nəticəsində ABŞ-la Taliban arasında sülh sazişi bağlanıb.

Ovqat.com xəbər verir ki, saziş Qətərin paytaxtı Dohada imzalanıb.

Məlumata görə, Taliban rəhbərliyi 18 aylıq dirənişdən sonra bəzi məsələlərdə güzəştə getməyə razılıq verib və bundan sonra tərəflər sülh masasına oturublar.

Maraqlıdır ki, sazişin açıqlanan şərtləri nəinki güzəşt, əksinə tamamilə Talibanın tamamilə xeyrinədir. Nədən ki, o, Əfqanistanın əsas sahibi kimi sənədə imza atıb və üzərinə götürdüyü öhdəlik isə xeyli mütəvazi olub: Taliban Əfqanıstan ərazisinin başqa bir ölkəyə qarşı istifadəsinə icazə verməyəcək. Sazişin digər şərtlərinə nəzər salanda isə ABŞ-ın daha çox güzəştə getdiyi aydınlaşır. Çünki sazişdə istinasız olaraq bütün xarici qoşunların Əfqanıstandan çıxarılacağı qeyd olunur ki, bunun daha çox ABŞ-a aid öhdəlik,  həm də Mərkəzi Asiya kimi strateji bölgədən imtina mükəlləfiyyəti olduğu aydındır.

Sülh sazişində həmçinin ABŞ-ın və indiki Əfqanistan hökumətinin 5000 Taliban üzvü və girovunun sərbəst buraxılması da öz əksini tapıb ki, bunu da Talibanın uğuru saymaq olar.

ABŞ adından sazişi ölkənin ən yüksək diplmatik şəxsi - Dövlət Departamentinin sədri Mayk Pompeo imzalayıb.

Qeyd edək ki, 11 sentyabr hadisəsi zamanı Əfqanistanda hakimiyyətdə olan Taliban bu ölkədə məskunlaşan Üsamə Bin Ladeni ABŞ-a təhvil vermədiyi üçün BMT TŞ-nın qərarı ilə Əfqanıstana qarşı beynəlxalq müharibə başlamış və Taliban hökuməti devrilmişdi. Taliban həmin vaxt 11 sentyabr hadisəsinin baş günahkarı Bin Ladeni təhvil verməməsini əfqan adət-ənənələri ilə əlaqələndirirdi. Bu adət-ənənəyə görə, qonaq toxunulmazdır və hətta ən böyük cinayəti törətsə belə, qarşı tərəfə təhvil verilə bilməz. Qonaq yalnız könüllü şəkildə evi tərk edərsə və məhəllədən uzaqlaşarsa düşməni tərəfi ona hücum etmək hüququna sahibdir. Əks halda qonağın mühafizəsi ev sahibinin vicdani mükəlləffiyyətləri arasında girər. Üsamə bin Laden də əfqanların bu yumşaq damarından faydalanıb ölkəni tərk etmirdi.

Əfqanstanın işğalı ilə nəticələnən həmin inadkarlığın üzərindən 19 il keçir. Bu müddət ərzində hətta Əfqanistanın ən imtiyazlı qonağı – Üsamə bin Laden də öldürülüb. Görünən budur ki, milli ənənələrə bağlılıq mühafizəkarlığı Taliban rəhbərliyinin hələ də dəyişilməz öncəliyi olaraq qalır. Məhz bu öncəlik ABŞ-la sülh danışıqlarının 18 ay çəkməsinə və nəhayət, Talibanın “təhlükəli qonaq” qəbul etməmək barədə öhdəlik götürməsinə yol açıb.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 041          Tarix: 29-02-2020, 18:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma