Xəbər lenti

  

17 il əvvəl Əfqanıstanda hakimiyyətdə olan Talibanın əl-Qaidəni dəstəklədiyini bəhanə edərək bu ölkəyə girən və beləcə, Yaxın Şərq müharibəsinə start verən ABŞ rəsmiləri indi həmin təşkilat nümayəndələri ilə görüşlər keçirirlər. Məqsəd 17 illik müharibəni sona çatdırmaqdır.

Ovqat.com xəbər verir ki, tərəflər son görüşlərini dünən Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriblər.

Taliban sözçüsü Zabihullah Mücahidin yaydığı bəyanatda bildirilir ki, həmin görüşə Taliban və Amerika yetkililəri ilə yanaşı, Səudiyyə Ərəbistanı, Pakistan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndələri də qatılıb.

Müzakirələrdə ABŞ-ın Əfqanıstandan çəkilməsi və ölkədəki sülh müzakirələrinin başlanması masaya yatırılıb.

Əfqanıstan  hökuməti də eyni anda Talibanla sülh danışıqlarına başlayıb. Tərəflər danışıqlarına mümkün qədər tez yekunlaşdırmaq qərarına gəliblər.

Qeyd edək ki, bu, Taliban nümayəndələri və Amerika rəsmiləri arasında keçirilən ilk görüş deyil. Tərəflər oktyabr ayında Qətərdə bir araya gəlmişdilər.




Ana səhifəyə qayıt        Baxış: 603          Tarix: 18-12-2018, 12:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma