İranda koronavirusdan ölənlərin sayı 107 nəfərə çatıb, yoluxanların isə sayı 3513-ə yüksəlib.
Ovqat.com xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 5-də jurnalistlərə açıqlamasında belə deyib.
Virus qurbanlarının yeni statistikanı yayan Cahanpur deyib ki, son bir sutka ərzində virusa yoluxanlardan daha 15-i öz həyatını itirib: “Dünəndən bu günə qədər virusa yoluxanların sayına daha 591 nəfər əlavə edilib. Beləliklə də bu gün günorta saatlarına qədər ölkədə koronavirusdan ölənlərin sayı 107 nəfərə çatıb, yoluxanların sayı 3 min 513-ə yüksəlib. Həmçinin bu günə qədər virus daşıyıcısı olmaqda şübhəli bilinən 23 min 327 nəfərdən analiz götürülüb. Hazırda isə virusun ən çox yayıldığı yerlər Tehran, Qum, Gilan və İsfahan əyalətləridir.
Kiyanuş Cahanpur İranda virusun yayılma arealını da açıqlayıb: “Hazırda ölkədə 1352 nəfər Tehranda, 33 nəfər Gilanda, 386 nəfər Qumda, 238 nəfər İsfahanda, 180 nəfər Mərkəzi əyalətdə, 121 nəfər Mazandaranda, 60 nəfər Simnanda, 37 nəfər Gülüstanda, 65 nəfər Şərqi Azərbaycanda, 26 nəfər Ərdəbildə, 10 nəfər Qərbi Azərbaycanda, 16 nəfər Həmədanda, 18 nəfər Kürdüstanda, 22 nəfər Kirmanşahda, 11 nəfər İlamda, 15 nəfər Cənubi Xorasanda, 30 nəfər Loristanda, 63 nəfər Xuzistanda, 68 nəfər Fars əyalətində, 13 nəfər Hormozqanda, 2 nəfər Kohkiluye və Boyer Əhməddə, 3 nəfər Buşehrdə, 15 nəfər Zəncanda, 111 nəfər Qəzvində, 173 nəfər Əlbürzdə, 9 nəfər Çahar Mahal və Bəxtiyaridə, 7 nəfər Yəzddə, 18 nəfər Kirmanda, 19 nəfər Sistan və Bəlucistanda, 89 nəfər Rəzəvi Xorasanda, 3 nəfər isə Şimali Xorasan əyalətində virusa yoluxub”.
Şəkildə: Məsud Mərdani
Sözsüz ki, bunlar rəsmi statistikadır. Əslində isə İranda tam bir koronavirus fəlakəti yaşanır. Ölkə rəsmiləri qarşıdan gələn 10-14 gündə bu epidemiyanın (koronavirus –red.) yayılmasının pik nöqtəsinə çatacağını elan ediblər. Buna görə də, ölkə vətəndaşlarını özlərini qorumağa və gigiyena qaydalarına riayət etməyə çağırıblar. İranın tanınmış infeksionoloqu Məsud Mərdaninin proqnozları isə daha vahiməlidir. Onun mediaya verdiyi açıqlamaya görə, sözügedən epidemiya Tehranda sürətlə irəliləyir: “Hesablamalarımıza görə 10 gün ərzində şəhər əhalisinin 30-40 faizi (3,5 – 4 milyon nəfər) karona virusuna yoluxa bilər. Bununla belə, virusa yoluxanların 80 faizi xəstəliyə düçar olduqlarını dəxi hiss etmirlər, 3-4 gün ərzində sağalırlar. Buna görə də əhali mütləq gigiyena qaydalarına riayət etməlidir”.
İrandan koronavirus görüntüləri:
Korona-fəlakətini gözdən yayındırmaq üçün virus qurbanları gecələr dəfn olunurlar
Koronavirus “hədəflərini” anidən yıxır
Maskanın da “korona”ya faydası yox
Koronavirusa yaxalanan uşaq
Virus qurbanlarına toplu məzar
Paylaş: