Xəbər lenti
Dünən, 19:25

 

Əminəm, koronavirus bu millətin elm və təhsilinin yüksəlməsinə çox böyük vəsilə olacaq

 

Koronavirusla əlaqədar səngimə hiss olunmur, Çindən başqa bütün ölkələrdə sürətli dinamika müşaiət olunmaqdadır. Cəmi dünya ölkələri üzrə xəstəliyə tutlanlar bu ana 598 min nəfər, ölənlər-27 min nəfər, sağalanlar 131 min təşkil etmişdir. Bütün ölkələrdə (Çindən başqa) ciddi artım əmələ gəlmişdir. ABŞ 104 minlə dünyada birinci yerə düşmüşdür.

Ölkəmizdə bir neçə sabit dövrdən sonra Koronavirus qaynamağa başladı, bir gündə 30% artım baş verdi.

 Azərbaycanda ikincı və hətta daha ciddi problem kimi ölkənin yeganə yaşama mənbəyi olan neftin qiymətinin sürətlə düşməsi vəziyyəti xeyli çətinləşdirir. Bu gün artıq neftin barel qiyməti bir gündə 6,3% düçərək 25 dolların altına endi. Bu qiymət 2019-cu il orta qiymətdən 40 dollar və ya 2,6 dəfə  aşağıdır. Aprelin axırına “Brent” neftin qiymətinin barel başı  16, WTI-nin isə 14 dollara düşməsi proqnozlaşdırılır. Belə davam etsə (hələ buna da güman etmək olmur) ixracat 10 milyarda çatmayacaq, valyuta balansı, hökümətin maliyyə balansları ciddi kəsirdə qalacaq.

Situasiyanı nəzərə alaraq, ölkədə görülən tədbirlərin əhəmiyyətli dərəcədə genişləndirilməsi zəruridi:

* Hökümətin işinin bərpası. Bütün hökümət strukturları, həm mərkəzi, həm də yerli həkimiyyət xüsusi iş rejimində bütün günü fəaliyyətini bərpa və davam etdirməsi məqsədəuyğundur. Bu iş rejimi müstəsna hallar istisna olmaqla onlayn rejimdə olması lazımdır. Məsələ burasındadır ki, cəmiyyətin rəqəmsallaşdırılması uzun müddətli strateji plan idi, təəssüf ki, vaxtında yerinə yetirilmədi. Fövqəladə haldan istifadə edərək bu sistemin yüksək səviyyədə qurulması cəmiyyətin inkişafını çox irəli atacaq.

 * Parlamentin işi onlayn rejimə keçirilməli və deputatlar bütün iş ərəfəsində seçiciləri ilə onlayn görüşməli, məsləhətləşməli, vəziyyət haqqında seşicilərini bilgiləndirməli, onlara  mənəvi dayaq olmalıdı. Bizim deputatlara keçən seçkilər dərs olmadı. Bir yalnız R. Raufoğlunun planında deputatın bütün işinin rəqəmsallaşdırılması proqramlaşdırılmışdı, o da təəssüf antiproqresçilər  tərəfindən imkan verilmədi.

* Bütün təhsil və  elm ocaqlarının işi bərpa olunmalıdı, yenə də əsasən, onlayn sistemlə. Fürsətdən istifadə edərək, onlayn olaraq elektron sistemin öyrədilməsini (100%) təmin etmək zəruridi. 21-ci elm və yüksək texnologiyalar əsrində elm və təhsil ocaqlarında təhsil işçilərinin xeyli hissəsi (daha çox rəhbər işçilərin) hələ email adresindən istifadə edə bilmir (mənə verilən infoya görə 60-70%). Bu, milli faciədir. Virtual dünyada savadlılıq səviyyəsi yazıb oxumaqla deyil, İT texnologiyalarından istifadə ilə ölçülür, müasir reallıq belədir. Bu müddət ərzində bütün böş qalan insanları təhsilə cəlb etmək lazımdı. Bu, koronavirusdan və neftdən gələn zərərlərdən ictimaiiyyətə qat-qat çox gəlir, güc, qüdrət və immunitet  verəcək.

* Metro, marşurutların, avtobusların bağlanması məqsədəuyğundur (Qubad İbadoğlunun təklifidi). Bu virus yalnız yayılma təhlükəsinə görə qorxuludur. Müşahidələr göstərir ki, hələ belə sürətlə yayılma qabiliyyətinə malik virus olmayıb. Bir ay izolyasiya olmasa bütün dünyanı qərq edə bilər. Bu zaman tibbi fəlakət alına bilər, müalicəyə imkan tapıla bilməz. Bu məqsədlə həbsxanalar maksimum boşaldılmalı və saxlanılanların rejimi dəyişməlidi, DST müəyyən etdiyi qaydalarla saxlanılmalıdır. Xüsusilə, iqtisadi cinayətlə, yüngül xəsarət və s yatanlar, uşaqlı qadınlar, siyasi motivlərlə həbs olunanlar və s azad olunmalıdır

* İstesalat obyektlərinin (əsasən qapalı şəkildə) dayandırılması məqsədəuyğun deyil, amma xüsusi rejimə əməl olunmalıdır. Hər bir obyektdə kağızdan istifadə maksimum məhdudlaşdırılmalı, bütün idarəçilik rəqəmsallaşdırılmalıdı. Yalnız istehsalat kontaktı tələb edən işçilərin Şəhər və rayon nəqliyyat kontorlarının köməyi və nəzarəti altında beynəlxalq normalara uyğun daşınması tələb olunur.  Hər istehsalat obyektinə dövlətin köməyi ilə bir və ya bir neçə avtobus təhkim olunması zəruridi.

* Hər bir maqazin, istehsalat obyekti, ticarət obyektinə, avtobus, başqa marşurut insanların daxil olması və şıxması zamanı əlləri dizenfeksiya olmalıdır.

* Ölkədə vəziyyət getdikcə gərginləşir, dünən koronavirusa tutlan əhalinin sayı 50%-ə yaxın artdı, tam uçot aparılsa sayı hələ bilmək olmaz nə qədər artacaq. İtaliya, İran, ispaniya kimi ibbi fəlakət yaşamamaq üçün təcili  şəhər kənarında böyük izolyasiya olunmuş hosbital qurmağa ehtiyac var. Tibbi ləvazimat, xüsusilə, maska, sterlizizasiya materialları, tibbi spirt, gigienik materiallar,  marlı, virtual texnologiyalar istehsalının da qurulması üçün dərhal hərəkətə keçmək zəruridi.

* Virusa qarşı Böyük elmi kollektivin yaradılması (sonralar ETİ çevrilmək) şərti ilə yaradılması və ciddi elmi tədqiqatlara baçlaması zəruridi. Bunlar hamısı: dövlət mülkiyyəti, ortaq və ya özəl olaraq yaradıla bilər (ən azı 80 investisiyaların güzəştli kredit verilməsi ilə - yalnız oliqarx biznesmın istisna olmaqla). Bu həm də orta biznesin dirçəlməsinə vəsilə olacaq.

* Proqramlaşdırma sənayesi, virtual çalışma texnologiyaları, dərman bitkilərinin emalı, kt və digər sahələrə də investisiyalar və sürətli təşkilatlanma da bu günün işidir.

* Rəqəmsal dünyanın hər şeyi olan İnternet xidməti ölkədə katastrofik olaraq ağır  vəziyyətdədir. Bir iclasda 4-5 dəfə kəsilir, səs eşitmək olmur. Əksəriyyət fəaliyyət internetə keçir, insanlar evlərində yalnız internetlə işləyir. İnternetin sürəti bir neçə dəfə qaldırılmalı, internetdə dövlətin inhisarı aradan qaldırılmalı, qiyməti ən azı iki dəfə aşağı salınmalı və ümumiyyətlə qarantin vaxtı ödəmədən azad olaraq məsrəfləri Fonddan qarşılanmalıdı.

Dərin hörmətlə, prof.

Saleh Məmmədov




Ana səhifəyə qayıt        Baxış: 4 374          Tarix: 28-03-2020, 19:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma