Xəbər lenti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti  74,48 dollar/barel təşkil edib ki, bu da dünənə olan göstəricidən 1,9 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

Azərbaycan neftinin qiyməti sonuncu dəfə 2014-cü il noyabrın 28-də 74 dollar/bareli ötmüşdü. Belə ki, həmin vaxt “Azeri Light”ın bir bareli 74,52 dollar olub.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 11-də 73,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.

 Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 11-də 69,65 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,68 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə aprelin 11-də 72,55 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,28 dollar/barel çoxdur.

 




Ana səhifəyə qayıt        Baxış: 681          Tarix: 13-04-2018, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma