“Karantin adı altında insanları müxtəlif çadırlara, zirzəmilərə doldurmaq perspektivsiz bir işdir. Əgər karantində bir adam xəstələnsə, orda olan hər kəsin sağalamlığı təhlükə altına düşəcək! “
Ovqat.com xəbər verir ki, bu fikirləri tanınmış cərrah, tibb elmləri doktoru, professor Adil Qeybulla bir neçə saat əvvəl paylaşdığı facebook statusunda bildirib.
Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müraciətində dəyərli professor xarici ölkələrdən gələrkən müxtəlif məkanlarda izoliyasiya edilən sağlam vətəndaşları ev karantininə buraxmağı məsləhət görüb:
“Bütün ölkəyə daxil olanlar, sərhəd keçənlər, əgər onlarda COVID-19 –a bağlı əlamətlər yoxdursa, qeydiyyata götürüb evdən çıxmamaq şərtilə öz ünvanına yollamaq məsləhətdir. Xüsusi həkimlər və tibb işçilərindən ibarət qruplar hazırlanmalıdır. Onlar konkret bir ərazi, kvartal üçün ayrılmalı (ailə və sahə həkimləri tipində), əlavə maaş və lazımi avadanlıqlarla təmin və təhciz edilməlidir. Bu çox vacibdir!
Sabah xəstələrin sayı artsa, xəstəxanalarda yer olmasa, onsuz da biz bu yolu seçməyə məcbur olacağıq. Fransada artıq yüngül xəstələr belə evdə müalicə alırlar. Dünya təcrübəsinin müsbət tərəflərindən yararlanmaq lazımdır.
Təcrübə göstərir ki, təşkilati tədbirlərin düzgün qurulması uğura gətirib çıxarır. Almaniya təcrübəsi bəlkə də ən nümunəvi sayıla bilər.
Hörmətlə, Adil Qeybulla”.
Paylaş: