Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildən etibarən qida təhlükəsizliyi ilə bağlı siyasətlərə öncəlik verməsinə və strateji ərzaq məhsullarında özümüzü 100% təminetmə hədəflərini müəyyənləşdirməsinə baxmayaraq, aqrar sektorda axsayacağımız əsas sahənin taxılçılıq olacağı bəlliydi. Son 5 ildə ölkəmiz taxılçılıq tədarükünü dəfələrlə artırsa da, yenə ərzaq buğdasına olan ehtiyacımızı idxal hesabına ödəyirdik. Bunu Dövlət Gömrük Komitəsinin son illərdə açıqladığı bütün statistik məlumatlar da təsdiqləyirdi.
Heç uzağa getməyək, Komitənin ötən ilin sonlarında açıqladığı statistik məlumatlar qorxunc bir həqiqətdən xəbər verirdi. Məlumata görə, ötən ilin 11 ayı ərzində Azərbaycana xarici ölkələrdən 319 milyon 693 min dollar dəyərində 1 milyon 488 min ton buğda idxal olunub. Halbuki 2018-ci ilin müvafiq dövründə ölkəmizə idxal olunan buğdanın həcmi 187 milyon 540 min dollar dəyərində və 992 min 353 ton miqdarında idi. Bu isə onu göstərirdi ki, Azərbaycanın kənd təsərrüfatı sektoru taxılçılıq sahəsində qarşıya qoyulan hədəfi nəinki yerinə yetirib, əksinə get-gedə zəiflədib. Ötən il bu zəifləmə miqdarda 495 min 365 ton, dəyərdə isə 130 milyon dollardan çox olmuşdu.
Nəzərə alsaq ki, Azərbaycanın ərzaq buğdasına olan illik ehtiyacı 1.3 – 1.5 milyon tondur və biz əsasən bu növ buğdanı idxal edirik, ötən il buğda idxalının da elə o civarda olması dəhşətli bir həqiqətdən xəbər verirdi. Belə çıxırdı ki, Azərbaycan ehtiyac duyduğu ərzaq buğdasının tamamını xaricdən alır. Ölkəmizdə istehsal olunan təxminən 3 milyon tonluq buğda isə ya itkiyə gedir, ya da texniki məhsul kimi toyuq-cücələrə yedizdirilir.
Özünü ərzaq buğdasına olan ehtiyacını qarşılaya bilməyən bir ölkə bir gün mütləq bunun acı nəticələri ilə qarşılaşmalı idi. Gec, ya da tez. Görünən budur ki, keyfiyyət əvəzinə kəmiyyətin dalınca qaçmağımızın bədəlini ödəmə zamanı artıq gəlib. Koronavirusun dünyaya yayılmasından sonra bütün ölkələrin starteji qida məhsulllarının ixracını dayandırdırması artıq öz ağır nəticələrini verməyə başlayıb. DGK-nin məlumatına görə, Azərbaycana bu ilin iki ayında idxal olunan buğdanın miqdarı 98,1 min ton olub. Bu isə ötən ilin müvafiq dövrüylə müqayisədə nə az nə çox, düz 2.5 dəfə az idxal deməkdir. Belə ki, ötən il Azərbaycana 249,9 min ton buğda idxal olunmuşdu. Bu ciddi azalma isə istehsal gücümüzdən deyil, əsas buğda tədarükçümüz olan Ukrayna və Qazaxıstan kimi dövlətlərin buğda ixracına tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərdən qaynaqlanır.
Ovqat.com-un məlumatına görə, ADR Hərəkatının sədri Qubad İbadoğlunun bu gün paylaşdığı statusunda da ərzaq buğdasında yaşayacağımız sıxıntıların digər bir təzahürdən söhbət açıb. Statusu təqdim edirik:
“Un qıtlığı yaranıb, qiymət sürətlə bahalaşır.
Strateji Yol Xəritəsi"ni götürün, tozunu təmizləyin, baxın.
Unun qiyməti sürətlə bahalaşır. 50 kiloqramlıq əla növ unun 1 kisəsinin qiyməti 26 manatdan 28-30 manata qalxıb. Hətta bu qiymətə də una tələbat kəskin artdığına görə, topdansatış müəssisələrinin çoxu satışı dayandırıb, qiymətin daha da bahalaşmasını gözləyirlər. Bu sürətlə bahalaşma davam edərsə, yəqin ki, yaxın günlərdə qiymət 35 manat olacaq. Odur ki, mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və unun qiymətinin bahalaşmasının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən intensiv monitorinq və yoxlamalar aparılmalıdır.
Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinə səslənirəm, "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ni götürün, tozunu təmizləyin, baxın görün, 2020-ci ilədək aşağıdakılardan hansına nail olmusunuz.
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan tədbirlər üzrə 2020-ci ilədək (2015-ci illə müqayisədə) aşağıdakı əsas hədəf indikatorları müəyyən edilmişdir:
● ət istehsalının 20 faiz, süd istehsalının 30 faiz artması;
● pambıq istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 4 dəfə artması;
● barama istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 1000 dəfə artması;
● 2020-ci ilə kimi hər regionda uyğun məhsulların dəyər zənciri üzrə ümumilikdə 25 kiçik və orta sahibkarlıq subyektinin yaranması;
● əlavə 665 milyon manat maliyyə vəsaitinə çıxış imkanının yaradılması;
● inzibati rayonlar və sektorlar üzrə ən azı 100 investisiya layihəsinin hazırlanması;
● istehsalçıların suvarma suyu ilə təminatının 20 faiz artması;
● istifadəsiz, lakin kənd təsərrüfatı üçün yararlı torpaqların əkin dövriyyəsinə qaytarılması hesabına ümumi əkin sahələrinin həcminin 5 faiz artması;
● kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən mineral gübrələrdən istifadənin 25 faiz artması;
● kənd təsərrüfatı məhsulları istehsalçılarının bitki mühafizəsi vasitələrindən istifadəsinin 25 faiz artması;
● kənd təsərrüfatı məhsulları istehsalçılarının sertifikatlı toxumlardan, eləcə də tinglərdən istifadə səviyyəsinin 90 faizə çatdırılması;
● kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika, maşın və avadanlıqlarla, eləcə də kiçikhəcmli texnika, maşın və avadanlıqlarla təminatının 20 faiz artması;
● bütün aqraryönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsilalanların sayının 20 faiz artması;
● özəl baytarlıq xidməti göstərənlərin sayının 30 faiz artması;
● paytaxtda və iri şəhərlərdə 5 “yaşıl market”in və 50 “fermer mağazası”nın qurulması;
● 2020-ci ilədək ölkədə kənd təsərrüfatı məhsullarının ixracı üzrə 200 fermerin ixtisaslaşması;
● suvarılan torpaqların 30 faizinin meliorativ vəziyyətinin yaxşılaşdırılması.
Qida Təhlükəsizliyi Agentliyi xalqa hesabat verməli, nə qədər taxıl və un ehtiyatı qaldığını, tələbatın indiki səviyyəsi ilə onun nə vaxta qədər bəs edəcəyini açıqlamalıdır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar