Xəbər lenti

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bu gün iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə telefonla danışıb.
Ovqat.com “irdiplomacy.ir” portalına istinadən bildirir ki, söhbət əsnasında nazirlər koronavirusa qarşı mübarizəni müzakirə ediblər.
M.C.Zərif İranın COVID-19 ilə mübarizədə əldə etdiyi təcrübəni Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib.
Söhbət zamanı iranlı nazir bu virusla mübarizədə Azərbaycanla həmrəy olduqlarını söyləyib.
Portalın məlumatına görə, M.C.Zərif ilə Ermənistan Xarici İşlər naziri  Zöhrab Mnatsakanyan arasında da telefon danışığı baş tutub.


Ana səhifəyə qayıt        Baxış: 2 350          Tarix: 8-04-2020, 18:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma