Xəbər lenti


Epidemik xəstəliklərin insanı öldürdükdən sonra da təsir gücünü itirmədiyi, başqalarını yoluxdurduğu bəllidir. İnsan oğlu tarix boyu bu problemin qarşısını almaq üçün bəzən ən müxtəlif qəddar üsullara əl atmaqdan belə çəkinməmişdir.

Son zamanlar ortaya çıxıb qısa zaman ərzində bütün dünyaya yayılan COVİD-19 mərəzinə qarşı aparılan proflaktik tədbirlər də insanın vicdanını incidəcək nüanslar ehtiva edir. Məsələn, bir çox yerlərdə qarşılaşdığımız kütləvi dəfn mərasimləri, İranda məzarların üzərinin əhənglə örtülməsi, ABŞ-da koronavirus qurbanlarının heç kimin yaşamadığı adalarda bir-birinin üzərinə qalanmış halda basdırılması və s. kimi görüntülər istər-istəməz seyrçiləri dəhşətə salır. Belçikada koronavirusdan ölənlərin “dəfni” isə daha nasist metodlarıyla aparılırmış. Hər halda insanlıq tarixi ilk dəfə faşist əsir düşərgələrində ölü və xəstələrin sobalarda yandırıldığına şahid olub.

Ovqat.com xəbər verir ki, Belçikada da koronavirus qurbanlarının eyni qaydada yox edildiyinə dair faktlar ortaya çıxıb və bu görüntülər Avropada ciddi təşviş yaradıb. Sosial şəbəkələrdə yayılan bir fotoda qoruyucu tibbi kambinzon geyinən bir nəfərin pandemiya qurbanının tabutunu sobaya atdığı görünür.

Məlumata görə, hadisə Belçikanın Limburq əyalətinə bağlı Lommel şəhərində baş verib.

Foto sosial şəbəkələrdə müzakirələrə yol açıb.


Ana səhifəyə qayıt        Baxış: 2 629          Tarix: 17-04-2020, 21:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma