Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 17:10
Bu gün, 15:27
Bu gün, 14:30
Bu gün, 13:54
Bu gün, 13:00
Bu gün, 11:39
Dünən, 19:32
Dünən, 18:18
Dünən, 14:30
Koronavirus pandemiyasının ən böyük problemlərindən biri də ölülərin dəfnidir. Ciddi yoluxuculuq xassəsinə malik olan bu virus cəsətlərdə yaşayır və məzarlıqdan ətrafa yayılaraq insanları yoluxdurur. Ona görə də epidemiyanın yayıldığı ölkələrdə bu təhlükənin qarşısını almaq üçün müəyyən tədbirlərə əl atırlar.
Ovqat.com xəbər verir ki, İranın koronavirus episentri sayılan Qum şəhərində bu cür yayılmaların qarşısını almaq üçün qəbirlər əhənglə örtülürdü.
Şəkildə: Qum şəhərinin Behişt-i Məsumə qəbristanlığı
Taleyin işinə bax ki, qısa müddətdən sonra ABŞ-ın özü də koronavirus dəhşətlərini yaşayan ölkəyə çevrildi və qurban sayına görə İranı çox-çox geridə buraxdı. Bu gün dünyanın ən çox koronavirus ölümlərinin və yoluxmalarının yaşandığı ölkə ABŞ-dır. Hər gün 10 minlərlə ABŞ vətəndaşı məhz bu səbəbdən xəstəxanalara yatılır, yüzlərlə insan həyatını dəyişir. Dolayısıyla ABŞ da koronavirus ölülərinin dəfni problemləri ilə üzləşir.
ÜST-ün məlumatına görə, hazırda ABŞ-da 17 minə yaxın insan koronavirusun qurbanı olub, yoluxanların sayı isə yarım milyona yaxınlaşır. ABŞ prezidenti Donald Tramp bu yaxınlarda verdiyi açıqlamada korona-qurbanlarının sayının 2.2 milyon ola biləcəyini etiraf edərək ölkə əhalisini ciddi təşvişə saldı. ABŞ-ın digər yetkililəri tərəfindən də inkar edilməyən bu proqnoz ölkənin nə qədər ciddi sınaq qarşısında olduğundan xəbər verir.
Ovqat.com-un əldə etdiyi məlumatlara görə, ABŞ da koronavirus ölülərinin özünəməxsus dəfn formasını kəşf edib. Bu ölkədə koronavirus qurbanları heç kimin yaşamadığı və müəmmalı kütləvi ölümlərin gizlədildiyi adalarda dəfn olunurlar.
Əldə olunan görüntülərdən də məlum olur ki, bunun üçün həmin adalarda geniş və dərin səngər şəkilli xəndəklər qazılır və qurbanlar orda dəfn olunurlar. Foto və video-görüntülərdə cəsətlərin sıx şəkildə izoliyasiya edildiyi tabutlarda üst-üstə dəfn olunduğu da aydın sezilir.
Kütləvi dəfn “əməliyyatları”nın aparıldığı kimsəsiz adalardan biri də Nyu-york ştatındakı Hart adasıdır. Ada bundan əvvəl də “naməlum və elan edilməyən” cəsətlərin basdırıldığı məkan olaraq tanınır. ABŞ rəsmilərinin də etiraflarına görə, son dövrlər Hart adasında yenidən sürətli hərəkətlənmələr başlayıb. Yenə xəndəklər qazılır, minlərlə cəsət torpağın altında “gizlədilir”. Kütləvi dəfn fəaliyyətlərini yürüdən mayor Bill Blasio deyib ki, ada müvəqqəti olaraq bu cür kütləvi qeyri-müəyyən və elan olunmayan ölümlərin dəfni üçün istifadə olunacaq. Amma o, ölənlərin koronavirus qurbanları olub-olmadığını da bilmir. Onun sözlərinə inansaq, xəstəxanalarda dəfnini gözləyən meyitlər o qədər çoxdur ki, onların hansı səbəbdən öldüyünü müəyyənləşdirmək mümkün deyil.
ABŞ-da kütləvi dəfn “əməliyyatı”ndan bəhs edən video-görüntü ilə tanış ola bilərsiniz:
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər