Xəbər lenti
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzi (ICBSS) Yunanıstanın paytaxtı Afina şəhərində beynəlxalq konfrans keçirib.
Ovqat.com-un məlumatına görə, konfransın məqsədi Qara Dəniz Sinerjisi (Sinerji – iki və ya daha artıq enerjilərin birləşməsindən doğan daha təkmil güc – Ovqat.com) Təşəbbüsünün gələcəyi ilə bağlı müzakirələri stimullaşdırmaq olub.
Avropa İttifaqının Qara Dəniz Sinerjisi Təşəbbüsü çərçivəsində keçirilən beynəlxalq konfransda ötən illər ərzində daha az inkişaf etmiş əsas dörd əməkdaşlıq sahəsi - turizm və mədəniyyət, təhsil, nəqliyyat və enerji mövzuları ətrafında müzakirələr aparılıb.
Aldığımız məlumata görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi Şahmar Hacıyev də tədbirdə iştirak edib.
Şahmar Hacıyev konfransın yekunlarına dair hazırlanan sənəddə Qara dəniz bölgəsindəki enerji problemləri bölməsini yazıb və regiondakı əməkdaşlıq sahələri, əsas problemlər və imkanlar kimi vacib məsələlərə toxunub.
Azərbaycanlı mütəxəssis hazırladığı məqalədə qeyd edib ki, regional əməkdaşlığın və inteqrasiyanın daha da stimullaşdırılması baxımından transmilli Cənub Qaz Dəhlizi enerji layihəsinin rolu olduqca vacibdir. Belə ki, Türkiyə, Yunanıstan, Bolqarıstan və digər ölkələr bu alternativ enerji mənbəyindən istifadə edəcəklər. Bundan başqa layihədə iştirak edən ölkələr vacib tranzit rolunu oynamaqla, regional əməkdaşlığa tövhə verir və bu amil enerjinin təhlükəsiz şəkildə enerji istehsalçısından istehlakçıya çatdırılmasında önəmli rol oynayırlar.
Konfransda Aİ üzv dövlətlərini və QDİƏT ölkələrini təmsil edən regional və beynəlxalq təşkilatlardan, tədqiqat mərkəzlərindən, vətəndaş cəmiyyətindən, alimlərdən və siyasətçilərdən ibarət 90-dan çox nümayəndə heyəti iştirak edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar