Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Dünya üzrə
Ötən gün ərzində 76 min 562 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 6 min 365 xəstə isə bu səbəbdən dünyasını dəyişib.
Ovqat.com-un Ümumdünya Səhiyyə Təşkilatına istinadən verdiyi məlumata görə, dünənki artımla dünyada koronavirusa yoluxanların sayı 3 milyon 136 min 508-ə, ölənlərin sayı isə 217 min 813-ə yüksəlib.
ABŞ
Ölkələr arasında koronavirusdan ən çox əziyyət çəkən yenə ABŞ olub. Son 24 saatda bu ölkədə 2 min 470 nəfər koronavirusa qurban gedib, infeksiyaya yoluxduğu aşkarlanan insan sayı isə 25 min 409 olub. Ümumilikdə ABŞ-da 1 milyon 35 min 765 nəfərin koronavirusa yoluxduğu təsbit edilib. Bu isə dünyadakı bütün koronavirus xəstələrinin 1/3-i deməkdir.
ABŞ-da indiyədək koronavirusdan ölənlərin də sayı kifayət qədər çoxdur – 59 min 266 ölü. Hardasa dünya üzrə ümumi ölümlərin ¼-dən çox.
Ölkə başçısı Donald Tramp koronavirusda dünyaya liderlik etmələrinin səbəbini hər kəsdən daha çox öz vətəndaşlarını müayinə etmələriylə əsaslandırsa da, faktlar ayrı mətləblərdən xəbər verir. Vaşinqtonun Ümumdünya Səhiyyə Təşkilatına verdiyi hesabatına görə, 328 milyonluq ölkədə cəmi 6 milyona yaxın test aparılıb. Bu isə ümumi əhalinin 2%-i belə deyil. Digər ölkələrin statististikasına nəzər salanda eyni faiz dərəcələrini onlarda da müşahidə etmək mümkündür. Heç uzağa getməyək, rəsmi rəqəmlərə görə, 10 milyon əhalisi olan, əslində isə ümumi əhalisinin az qala yarısının müxtəlif səbəblərdən ölkədən didərgin düşdüyü Azərbaycanda belə, indiyədək 132 min 640 nəfər testdən keçirilib. Bu da ölkədə qalan insanların sayı nisbətində götürəndə ABŞ-dan daha irəli nəticədir.
İngiltərə
Ötən gün ABŞ-dan sonra koronavirusa ən çox qurban verən ikinci ölkə İngiltərə olub. Ölkədə dünən 586 nəfər koronavirusdan ölüb, 4 minə yaxın yeni yoluxma faktı qeydə alınıb. Ümumilikdə İngiltərədə indiyədək ölənlərin sayı isə 21 min 678-ə, yoluxanların sayı isə 161 min 145-ə çatıb. İngiltərə ümumi hesabda koronavirusa ən çox qurban verən 5-ci ölkədir.
Yerli mütəxəssislər isə ölüm sayının bundan dəfələrlə çox olduğuna inanırlar. İngiltərə koronavirusa qarşı mübarizədə kollektiv immunitet strategiyasını mənimsədiyindən bir bu xəstəliyin real statistikası tutulmur. Təsadüfi deyil ki, ölkədə nə qədər insanın sağalması xanasına belə qeyri-müəyyənlik (N/A) işarəsi qoyulub. Ölkədə test sayının da aşağı olduğu gözdən yayınmır – 763 min 387 test.
İtaliya
Koronavirusun ümumi qurbanları siyahısında ABŞ-dan sonra ikinci yeri tutan İtaliyada dünən 382 nəfər bu səbəbdən ölüb, 2 min 091 nəfərdə isə yeni yoluxma faktı aşkarlanıb. İndiyədək bu ölkədə koronavirus ölümlərinin sayı 27 min 359-a, yoluxanların sayı isə 201 min 505-ə çatıb. İtaliyada müayinə məqsədli test sayı 1 milyon 846 min 934-dür.
İspaniya
Gün ərzində İspaniyada 301 nəfər əsrin bəlasının qurbanına çevrilib, 2 min 706 nəfərdə isə yeni yoluxma halı aşkarlanıb. İndiyədək koronavirusa 23 min 822 qurban verən ölkədə 232 min 128 nəfər yoluxmuş şəxs qeydə alınıb. İspaniyada test edilən vətəndaş sayı 1 milyon 345 min 560 nəfərdir.
Fransa
Koronavirusa indiyədək 23 min 660 qurban verən Fransada isə cəmi 463 min 662 nəfər üzərində test aparılıb. 67 milyon əhalisi olan bir ölkə üçün bu, çox aşağı göstəricidir və əhalinin 99%-nin hələ müayinə edilmədiyindən xəbər verir.
Buna baxmayaraq, Fransa “əsrin vəbası”ndan ən çox əziyyət çəkən 4-cü ölkə statusuna “yüksələ” bilib. Belə ki, test yoxlanışından keçən vətəndaşların 1/3 hissəsindən çoxunda infeksiya aşkarlanıb və xəstələrin ümumi sayı 165 min 911-ə yüksəlib. Onlardan 23 min 660-ı dünyasını dəyişib, hazırda 4 min 387 fransız ölüm döşəyində koronavirusla mübarizə aparır. Dünən ölənlərin sayı 367, yoluxduğu aşkarların sayı isə 2 min 638 nəfər olub.
Rusiya
Rusiyada da koronavirus böyük sürətlə yayılır. Ötən gün ərzində bu ölkədə 6 min 411 nəfərin koronavirusa yoluxduğu təsbit olunub. Bu göstərici ilə Rusiya yoluxma siyahısında ABŞ-dan sonra ikinci ölkəyə çevrilib.
Ölüm sayına görə isə ruslar digər xalqlardan daha dirənişlidırlər. Dinən 73 nəfərin koronavirusa qurban getdiyi ölkədə indiyə qədər 867 nəfər dünyasını dəyişib. Mütəxəssislər isə rusların bu qədər “canı sulu” olduğuna inanmırlar. Onların təxminlərinə görə, Moskva əsl həqiqəti gizlədir və onun itkiləri etiraf ediləndən dəfələrlə çoxdur.
Rusiya 3 milyon 139 min 258 nəfər koronavirus testindən keçirilib. Baxmayaraq ki, ölkənin ən yaxın müttəfiqi olan Belarus prezidenti Aleksadr Lukaşenko belə, rusların test çuqublarının etibarına şübhə ilə yanaşır. Onun fikrincə, Rusiyanın test çubuqları 30% düz göstərir.
Qeyd edək ki, Rusiya azərbaycanlı miqrantların ən çox yaşadığı ölkələrdəndir. 2018-ci ilə aid rəsmi statistikalara əsasən, bu ölkədə 767 min azərbaycanlı yaşayır. Bunlar, sözsüz ki, rəsmi qeydiyyatdan keçənlərdir. Qeyri-rəsmi məlumatlar isə bu sayın dəfələrlə çox olduğunu göstərir. Hansı tərəfdən baxsan, bu gün Rusiyada Azərbaycan vətəndaşlarının 8-10%-i qədər insanımız var və onların əksəriyyəti rəsmən də bizim vətəndaşlarımızdır. Rusiyada koronavirusun sürətlə yayılması onların da həyatını təhlükə altına qoyur - ən çox da koronavirus əlindən qaçıb sərhədlərimizə dayanan soydaşlarımızı.
Aldığımız məlumata görə, təkcə Dağıstanda Azərbaycan sərhədləri bağlı olduğundan küçələrdə gecələyən yüzlərlə vətəndaşımız bu ağır günlərin nə zaman bitəcəyini gözləyirlər. Yazını hazırladığımız zaman Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərar isə onların ümidlərini büs-bütün gözlərində qoyacaq. Zira Qərargahın qərarına görə, dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadıldı.
Həmin qərardan sonra daha bir aydan çox küçələrdə gecələməyə məhkum olunan vətəndaşlarımızın vəziyyətini əks etdirən video-dəlil.
Azərbaycan
İndisə gələk azərbaycanlıların ən çox məskunlaşdığı ikinci məmləkətə. Respublikamız koronavirusa ən az itki verən ölkələrdəndir. İndiyədək 22 nəfərin öldüyü ölkəmizdə cəmi 1717 yoluxma faktı qeydə alınıb. Onlardan 1221 nəfəri sağalıb, 474 nəfər isə hələ də müalicə alır. Dünən cəmi 39 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb.
Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda aparılan koronavirus testlərinin əhalinin sayına görə nisbəti bir çox sinəsinə döyən ölkələri belə qabaqlayır – 132 min 640 test. Ölkəmiz isə hələ də ən ağır karantin tədbirlərinin həyata keçirildiyi məmləkət olmaq özəlliyini də qoruyur.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar