Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Dünya
Ötən gün dünyada 95 min 603 yeni koronavirus yoluxması, 4 min 360 ölüm faktı qeydə alınıb.
Ovqat.com-un Ümumdünya Səhiyyə Təşkilatına istinadən verdiyi məlumata görə, dünənki artımlarla birlikdə dünya üzrə ölənlərin ümumi sayı 312 min 902-yə, yoluxanların sayı isə 4 milyon 717 min 013-ə yüksəlib.
İndiyədək sağalanların sayı 1 milyon 810 mini keçib. Hələ də 2 milyon 560 minə yaxın insanın koronavirusdan əziyyət çəkdiyi planetimizdə aktiv infeksiya daşıyıcılarının 44 min 828-nin vəziyyətinin kritik və ya ağır olduğu bildirilir.
ABŞ
Dünən də dünyada ən çox yoluxma və ölüm hadisələri ABŞ yaşanıb. Ötən 24 saatda bu ölkədə 23 min 488 yeni yoluxma faktı aşkarlanıb, 1218 nəfər isə “əsrin vəbası”na qurban gedib. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 milyon 507 mini, ölənlərin sayı isə 90 mini keçib.
Braziliya
Dünənin ikincisi adını qazanan Braziliyada gün ərzində 15 minə yaxın yeni yoluxma faktı təsbit olunub, 816 pasiyent isə bu xəstəlikdən dünyasını dəyişib.
Brazilyanın koronavirusla yenicə üzləşməsinə baxmayaraq, son günlər yaşanan ciddi artımlar səbəbindən ölkədə yoluxanların ümumi sayı 233 min 142-yə, indiyə qədərki ölümlərin sayı isə 15 min 633-ə yüksəlib.
Mütəxəssislərin fikrincə, Braziliya önümüzdəki günlərdə koronavirusun əsas mərkəzi ola bilər. Zira fəsillər dəyişdiyindən koronavirus da özü üçün münbit hava şəraiti axtarır və isinən şimal yarımkürəsindən cənub yarımkürəsinə doğru irəliləyir. Braziliya ilə yanaşı, cənub yarıkürəsinin digər ölkələri olan Peru, Çili, Ekvador kimi məmləkətlərdə son günlər yoluxma və ölüm faktlarında yaşanan artımlar da bundan xəbər verir:
Yaxın günlərdə Şimal yarımkürəsində azalmalar, Cənub yarımkürəsində isə artımlar davam etsə, bəzi tibb mütəxəssislərinin irəli sürdüyü qorxunc mülahizələr öz təsdiqini tapacaq. Bu mülahizəyə görə, koronavirus istiyə davamsız olduğundan yay fəsli yaxınlaşdıqda bu virus şimal yarımkürəsində səngiyəcək və cənuba yarımkürəsinə sıçrayacaq. Daha sonra fəsillərin dəyişməsiylə bir də payızın axırlarına doğru “əsrin vəbası” da yarımkürəmizə qonaq gələcək. Belə çıxır ki, insanlıq koronavirusun dövri hərəkətilə qiyamətədək bizimlə eyni planeti bölüşəcək.
Üstəlik, onun mutasiyaya uğradığı da təsbit olunub. Bu isə o deməkdir ki, bəşəriyyət bu bəlanı heç vaxt məhv edə bilməyəcək və Covid-19 insanlığın ikinci HIV (AİDS)-nə çevriləcək. AİDS-dən fərqli olaraq, COVİD-19-un hava-damçı yoluyla yayıldığını nəzərə alsaq, ona yoluxmamaq bizim əlimizdə olmayacaq.
Böyük Britaniya
Ölüm sayına görə ABŞ-dan sonra ikinci yeri tutan Böyük Britaniya dünən də ölüm və yoluxma hallarında fərqlənə bilib. Ötən 24 saatda bu ölkədə 3 min 450 yeni yoluxma, 468 ölüm hadisəsi yaşanıb. Beləliklə də, Böyük Britaniyada koronavirus qurbanlarının sayı 34 min 466-ya, ümumi yoluxanların sayı isə 240 min 161-ə yüksəlib.
İspaniya və İtaliya
Avropanın bu iki ölkəsi qitədə koronavirusun ilk ocaqlarından olsalar da, hər ikisində ölüm və yoluxma halları arasında qəribə bir tənasübsüzlük müşahidə edilir. Adətən İspaniya yoluxma, İtaliya isə ölüm faktına görə öz uzaq qonşusunu üstələyir. Dünən də ənənə pozulmayıb. İspaniyada 2 min 138, İtaliyada isə 875 yeni yoluxma halı aşkarlanıb. Gündəlik ölüm hadisəsində isə İtaliya 153-104 hesabıyla önə çıxıb.
Ümumilikdə İspaniyada 27 min 563 nəfər koronavirusa qurban getdiyi halda İtaliyada bu xəstəlikdən ölənlərin sayı 31 min 763-ə yüksəlib.
Bütün bu neqativliklərə baxmayaraq, İtaliyada koronavirusun getdikcə səngidiyi müşahidə olunur. İspaniya isə deyəsən, hələ bir müddət də “əsrin vəbası” ilə boğuşmalı olacaq.
Fransa
Qərbi Avropanın son zamanlaradək koronavirusa ən çox qurban verən ölkələrindən olan və İtalya ilə İspaniya arasında sıxışıb qalan Fransada isə dünən ümumiyyətlə yoluxma halı müşahidə olunmayıb. Dünən əvvəl yoluxanlardan 96-nın dünyasını dəyişməsi Fransada ümumi ölüm sayını 27 min 625-ə yüksəldib. Hazırda ölkədə 90 min 674 aktiv virus daşıyıcısından 2 min 132-nin vəziyyəti ağır və ya kritik olaraq qalır. Fransada indiyə qədər 179 min 365 nəfər koronavirusa yoluxub, onlardan 61 min 066-sı sağalıb.
Rusiya
Koronavirusun son zamanlar ən çox yayıldığı ölkələrdən biri də Rusiyadır. Artıq 3-cü həftədir ki, ölkədə gündə 10 mindən artıq insan bu virusa yaxalanır.
Dünən isə yoluxmaların sayında qismi azalma müşahidə olunub. Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, ötən gün 9 min 200 nəfər koronavirusa yoluxub, 119 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib. Ümumilikdə ölkədə 272 mindən çox yoluxma halı müşahidə olunur ki, bu da Rusiyanı dünya 3-cüsü edib. Yoluxma halında yaşanan böyük artımlar Rusiyanı yaxın günlərdə ikinci sıraya çıxara bilər. Belə ki, onu hazırda ikinci olan İspaniyadan cəmi 4 minlik fərq ayırır. Rusiyanın gündəlik yoluxma sayında 10 min civarında var-gəl etdiyini, İspaniyada isə bu sayın 2 min ətrafında olduğunu nəzərə alsaq, gözlənilən ötmə hadisəsi bu gün də yaşana bilər.
Bununla belə, Rusiyada koronavirusdan ölüm hadisəsi o qədər də çox deyil. Bu günədək ölkədə 2 min 537 pasiyent koronavirusla ölüm-qalım mübarizəsində məğlub olub.
Azərbaycan
Operativ Qərargahın məlumatı:
Azərbaycan Respublikasında 158 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 58 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
Hazırkı dövrədək ölkəmizdə 3138 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1944 nəfər müalicə olunaraq sağalmış, 36 nəfər vəfat etmiş, 1158 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 52 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 226.005 test aparılmışdır.
Dünənin koronavirus statistikasındakı ilk onluq
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar