Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
“Ümid edirəm ki, Cavad Cahangirzadə bundan sonra da çalışacaq ki, İran İslam Respublikası Qüdsü işğal edən dövlətə sərgilədiyi münasibəti Qarabağı işğal edən Ermənistana münasibətdə də sərgiləsin”.
Ovqat.com xəbər verir ki, bu “ümid dolu” fikirləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev BayMediaya açıqlamasında səsləndirib.
İran səfirinin Azərbaycan xalqına ünvanladığı təbrikdə yer alan bəzi məqamlarla bağlı sualları cavablandıran deputat bildirib ki, Cavad bəy İran-Azərbaycan münasibətlərinin inkişafı üçün səmimi çalışan diplomatdır: “Onun səmimi təbrikinin böyük siyasi əhəmiyyəti var. Təbrikinə görə ona BAXCP adından səmimi təşəkkürümüzü bildirməklə yanaşı, biz də onu və İran xalqını müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edirik. Ümid edirəm ki, Cavad Cahangirzadə bundan sonra da çalışacaq ki, İran İslam Respublikası Qüdsü işğal edən dövlətə sərgilədiyi münasibəti Qarabağı işğal edən Ermənistana münasibətdə də sərgiləsin. İnşallah, o zaman Cavad bəyin arzuları çin olar və biz birlikdə Qarabağın azad olunmasını bayram kimi qeyd edərik”.
Qeyd edək ki, Cavad Cahangirzadə Ramazan Bayramı ilə bağlı təbrikində Azərbaycan xalqına “yaxın gələcəkdə “Qarabağın və Qüdsün azad olunması bayramlarını” birlikdə qeyd etməyi arzulayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar