Xəbər lenti



Ötən gün dünyada koronavirusa yoluxanların ümumi sayı 6 milyonu keçib.
 
Ovqat.com Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, 125 min 511 yeni yoluxma faktı qeydə alınıb, 4 min 872 nəfər isə koronavirusdan ölüb.
 
Beləcə koronavirusa yoluxanların ümumi sayı 6 milyon 26 min 418-ə, ölənlərin sayı isə 366 min 421-ə yüksəlib.


 
Ötən gün ərzində ən çox yoluxma Braziliyada (29,526), ən çox ölüm ABŞ-da (1,212) yaşanıb. Rusiya istər yeni, istərsə də ümumi yoluxma sayına görə 3-cü pillədə yer alıb:
Yeni yoluxma – 8 min 572,
Ümumi yoluxma – 387 min 623.

 
Ümumi yoluxmada ilk yeri tutan ABŞ-da 1 milyon 783 min 530, dünya ikincisi Braziliyada isə 468 min 338 nəfər koronavirusa yaxalanıb.


 
Ötən aya qədər Avropada koronavirusun episentri kimi tanınan İspaniya və İtaliyada isə “əsrin vəbası”nın artıq səngidiyi müşahidə olunur. Dünən İspaniyada cəmi 2 nəfər koronavirusdan dünyasını dəyişib. İtaliya isə 87 qurban verib. Gündəlik yoluxma sayında isə İspaniya önə çıxıb. İspaniya – 658 : İtaliya – 516. 
 
Avropada ən çox qurban isə İngiltərənin payına düşüb – 324. Gün ərzində 2 min 95 nəfərin koronavirusa yoluxduğu Böyük Britaniyada indiyədək 271 min 222 nəfər bu virusla ölüm-dirim mübarizəsinə girib. Onlardan 38 min 161-i isə bu mübarizəni uduzub. İngiltərə ümumi ölüm sayına görə ABŞ-dan sonra ikinci yeri tutur.


 
Braziliya kimi, digər Latın Amerika ölkələri isə hazırda koronavirusun ən çox yayıldığı coğrafiya olaraq görünür. Çilidə 3 min 695, Meksikada 3 min 377, Peruda 6 min 506 yeni yoluxma faktı aşkarlanıb. Dünən ölüm sayında ilk 3-lüyə çıxan ölkələrdən biri Meksika olub – 447 ölüm.
 
Koronavirusun ilk ortaya çıxıb yayıldığı Çində dünən nə yoluxma, nə də ölüm hadisəsinə rast gəlinib. Statistikaya inansaq, ümumilikdə bu ölkə koronavirusa cəmi 4 min 634 qurban verib.

Azərbaycan



Türkiyə


 
Dünənin koronavirus statistikasındakı ilk onluq





Ana səhifəyə qayıt        Baxış: 2 847          Tarix: 30-05-2020, 08:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma