Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
“Dağıstanda infeksiya statistikası 25 dəfə azaldılır” – Azərbaycana koronavirus necə “idxal” olunur?
Rusiya prezidenti Vladimir Putinin keçmiş müşaviri Andrey İllarionov rəsmi Moskvanın açıqladığı koronavirus statistikasına inanmır və həqiqi rəqəmlərin daha çox olduğunu iddia edir.
Ovqat.com xəbər verir ki, İllarionov bunu mətbuat açıqlamasında deyib.
İllarionovun fikrincə, xüsusilə aprel ayında koronavirus ölümləri gizlədilib:
“Bu, danılmaz faktdır… Aprel ayında koronavirus səbəbiylə ölənlərin sayı rəsmi rəqəmlərdən ən azı iki dəfə çoxdur. Rusiyanın digər bölgələrində vəziyyət daha da pisdir. ”
İllarionovun fikrincə, Sankt-Peterburqda həqiqi ölüm nisbəti açıqlanan rəqəmlərdən 12 dəfə, Dağıstan Muxtar Respublikasında isə 25 dəfə çoxdur. “Ümumiyyətlə, Rusiyada koronavirusdan ölənlərin sayı açıqlanan rəqəmlərdə olduğu kimi, 4-5 min yox, 15-20 min civarındadır”.
Rusiyanın açıqladığı rəsmi məlumatlara görə isə, ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 467 min 673, həyatını itirənlərin sayı 5 min 859-dur. Bu məlumatlara inansaq, Sankt-Peterburqda indiyədək 18 min 509 yoluxma faktı qeydə alınıb, onlardan 377-si ölüb. Dağıstanda isə rəsmi rəqəmlər yoluxanların ümumi sayını 5 min 858, ölənlərin sayını 303 olaraq göstərir.
Qeyd edək ki, xüsusilə Dağıstanda xeyli sayda Azərbaycan vətəndaşları çətin vəziyyətdədir. Onlar Rusiyanın müxtəlif yerlərindən Azərbaycan sərhədlərini keçmək üçün gələrək bu diyara toplaşıblar. Azərbaycanın sərhədləri bağlaması nəticəsində aprel ayından bəri Dağıstanın küçələrində, çadır şəhərçiklərində gecələyən bu insanlar hara müraciət edəcəklərini də bilmirlər. Ötən gün Dağıstanda 200-ə qədər vətəndaşımızın “Evə getmək istəyirik” şüarı altında aclıq aksiyasına başladıqları xəbər verilir. Aksiya iştirakçıları Rusiya və Azərbaycan hökumətlərindən tezliklə sərhədlərin açılmasını tələb edirlər.
“Turan” informasiya agentliyinin məlumatına görə, son 20 gündə onlardan 271 nəfər üç partiya olaraq sərhəddən buraxılıb. Buna baxmayaraq, yeni gələnlərin hesabına sərhəddə hələ də Dağıstanda təxminən 650-700 nəfər toplaşıb.
Vətəndaşlarımızın yarısı çadır düşərgəsində, qalanları şəxsi avtomobillərdə, yarıtikilmiş binalarda, sellofandan düzəldilmiş çadırlarda yaşayır.
“Biz burada - çöldə yaşamaqdan yorulduq. Gündüz çox isti olur, yuyunmaq imkanı yoxdur, normal qidalanma yoxdur, çoxunda pul qalmayıb”, - çadır düşərgəsinin sakinlərindən biri bildirib.
Rusiya prezidentinin sabiq müşavirinin sözlərinə inansaq, Dağıstanda koronavirus epidemiyası sürətlə yayılır və gizlədilir. Bu həm də orada sərhədlərin açılmasını gözləyən vətəndaşlarımızın koronavirus infeksiyasının qoynuna atmaq və yoluxdurandan sonra Azərbaycana gətirmək anlamına gəlir. Görünür, Baş nazir Əli Əsədov “Azərbaycana idxal olunan koronavirus infeksiyası” deyərkən bunu nəzərdə tuturmuş.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar