ABŞ hüquq mühafizə orqanları Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın cangüdənlərinə həbs qərarı verib.
Ovqat.com xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi bildirib.
Məlumata görə, iki dövlət arasında ciddi skandala yol açacağı gözlənilən bu qərar cangüdənlərin Ərdoğanın son ABŞ səfəri zamanı Türkiyə səfirliyi qarşısında bir davaya qatılmasıyla əlaqədar verilib. Xatırladaq ki, mayın 16-da baş verən həmin dava kürd separatçılarının Türkiyə səfirliyi qarşısında etiraz aksiyası təşkil edərkən, çıxmışdı. Rəsmi Ankaranın fikrincə, səfirlik binasının 1 neçə mertliyinə qədər yaxınlaşan etirazçılar burada mülki vətəndaşlara və cangüdənlərə hücum etmiş və adekvat cavablarını almışlar.
ABŞ hüquq mühafizə orqanları isə, belə görünür ki, bu arqumenti əsaslı qəbul etməmiş və cangüdənlər barəsində həbs qərarı vermişdir.
Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, ABŞ-ın Ankaradakı səfiri Con Bass bu məsələylə bağlı nazirliyə dəvət olunmuş və ona qardaş ölkənin rəsmi etirazı çatdırılmışdır.
Bu gün gecə saatlarında nazirlik tərəfindən yayılan rəsmi açıqlamada deyilir:
"Vaşinqtonda səfirliyimizin iqamətgahı qarşısında 16 May tarixində yaşanan hadisədən dolayı ABŞ-in müvafiq dairələrinin bəzi vətəndaşlarımız ilə Hörmətli Prezidentimizin təhlükəsizlik əməkdaşlarından bəziləri haqqında həbs qərarı verdiyinin öyrənilməsindən sonra ABŞ-ın Ankara səfiri cənab müşavirimiz tərəfindən Nazirliyə dəvət edilmişdir. ABŞ orqanları tərəfindən verilən bu qərarın səhv, qərəzli və hüquqi dayanaqdan məhrum olduğu, Vaşinqton səfirliyimiz qarşısında yaşanan qarışıqlığın yerli təhlükəsizlik orqanlarının lazımi tədbirlər almamalarından qaynaqlandığı, ABŞ-ın eyni üst səviyyəli səfərlər zamanı mütəmadi olaraq aldığı tədbirlər bu dəfə də eynilə tətbiq olunsaydı, bu problemin yaşanmayacağı, bu səbəbindən də baş verənlərdən vətəndaşlarımızın məsul tutulamayacağı səfirin diqqətinə çatdırılmışdır.
Sözdə etirazçıların terror təşkilatının bayraq və simvollarıyla Vaşinqton səfirliyimizin iqamətgahına bir neçə metr yaxınlaşmalarına və günahsız vətəndaşlara hücum etmələrinə ABŞ orqanları tərəfindən göz yumulmasının və üstəlik, səfirlik kanselyariyası qarşısında hörmətli nazirimizin qorumalarına hücum edən Amerika təhlükəsizlik rəsmilərinə heç bir əməliyyat verilməməsinin minimum ədalət anlayışıyla bir araya sığmayacağı da ABŞ səfirinə bildirilmişdir".
Qeyd edək ki, həmin dava zamanı Ərdoğanın iki cangüdəni əvvəl göz altına alınsa da, daha sonra diplomatik toxunulmazlıqları səbəbindən sərbəst buraxılmışdı.
Həmin davanın görüntüləri:
Paylaş: