Xəbər lenti

 
Şəmkir icra başçısı Alimpaşa Məmmədovun fəaliyyətinin araşdırılmasına qərar verilib.
 
Ovqat.com-un məlumata görə, ən yüksək hakimiyyət dairələrindən müvafiq qurumlara bu barədə konkret göstərişlər göndərilib. 


 
Onlara tapşırılıb ki, Alimpaşa Məmmədov barədə irəli sürülən bütün ittihamlar araşdırılsın və iddialar öz təsdiqini taparsa, onun barəsində təcili ölçü götürülsün. Artıq bu istiqamətdə əməli addımların atıldığı, şikayətçilərin bir-bir dindirildiyi və qalmaqallı torpaq şatışları ilə bağlı sənədlərin yoxlanıldığı xəbər verilir.


Əl öpmək işə yaramadı
 
Bildirildiyinə görə, Alimpaşa Məmmədovun “qara siyahı”ya düşməsinin səbəbi Şəmkirdən gələn şikayətlərin ardı-arasının kəsilməməsidir. Halbuki, hər dəfə mətbu orqanlarda onun əməlləri barədə təkzibolunmaz məlumatlar dərc ediləndə Alimpaşa Məmmədova özünü düzəltməsi üçün möhlət verilir, bir daha bu cür şikayətlərin təkrarlanmaması tapşırılırmış. İcra başçısı isə köhnə vərdişlərindən əl çəkmir, əvvəlki qaydalara sədaqətini nümayiş etdirməyə çalışırmış. 



Ən son rayondakı ən iri bazarın yanması və ticarət mərkəzinin müxtəlif iş adamlarının əmlakının zorla əllərindən alınaraq özününküləşdirilmiş obyektlər üzərində inşa olunmasının ortaya çıxması paytaxtın səbrini əməlli-başlı daşırıb. Aparılan gizli rəy sorğuları nəticəsində Şəmkirin addım-addım sosial partlayışa yaxınlaşdığı müəyyənləşdirilib. İctimaiyyətin gərilmiş əsəblərinin sakitləşdirilməsi və korrupsiya yoluyla əldə olunmuş sərvətlərin yenidən iqtisadi layihələrə yönəldilməsi üçün son qərar verilib: icra başçısının son 6 illik fəaliyyəti araşdırılsın və şikayətlərin nə dərəcədə əsaslı olub-olmadığı müəyyənləşdirilsin.
 
Məlumata görə, araşdırmalar “təcili” rejimdə aparılır.


Ana səhifəyə qayıt        Baxış: 4 603          Tarix: 29-06-2020, 14:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma