Xəbər lenti

  

Şəmkirin icra başçısı Alimpaşa Məmmədovu da Ağstafa rayonundakı keçmiş həmkarının taleyi gözləyir.

Ovqat.com-un etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Alimpaşa Məmmədovun da bəzi şəxslərin adına maaş yazaraq mənimsədiyi iddia olunur.

Məlumata görə, iddia hüquq mühafizə orqanları tərəfindən araşdırılır və yaxın zamanlarda icra başçısı barədə yekun qərar veriləcək.

Qeyd edək ki, əməkdaşımızın bir neçə gün əvvəl Şəmkir rayonuna səfəri zamanı söhbətləşdiyimiz rayon sakinləri də bizə Alimpaşa Məmmədovun korrupsiya əməlləri barədə təkzibolunmaz faktlar təqdim ediblər. Həmin faktlar əsasında yazılarımız dərcə hazırlanır.




Ana səhifəyə qayıt        Baxış: 5 001          Tarix: 26-12-2019, 09:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma