Xəbər lenti

 
İnsan oğlunun “kainatda bizdən başqa həyat varmı” marağı kosmosla tanışlığımızın əsasını qoyub. Bu maraq nəticəsində kosmosa itdən tutmuş insana qədər bir çox varlıqlar göndərilib. Amma kosmosa bitki göndərmək heç kimin ağlına gəlməyib. 
 
Ovqat.com xəbər verir ki, bu ilkə deyəsən Azərbaycan imza atacaq.
 
Özü də milli “kosmonovatlarımız” kosmosa nə göndərmək istəsələr yaxşıdır? – Zəfəran. “Kosmos hara, zərəfan hara? Dünyada belə nadir yerlərdə yetişən və məhz buna görə də od qiymətində olan zəfəranın göydə nə işi var”, deyib iddiamıza şəkk etməyin. İnanmırsınızsa, gəlin, tanınmış jurnalist Cavanşir Həsənlinin ortaya çıxardığı sənədlərə nəzər salaq.


 
"AZƏRKOSMOS" kosmosa zəfəran (!) göndərəcək.
 
Ötən həftə "AZƏRKOSMOS" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ “Absheron Saffron LTD” MMC-ni "Zəfəranlı qida məhsullarının satın alınmasına dair" tenderin qalibi elan edib. Bunun üçün şirkətə 35399.29 manat ödəyəcək.
 
"Qalib" şirkətin sahibi Mərkəzi Neftçilər Xəstəxanasının direktorunun birinci müavini Yüzbaşıyev Həbib İsrafil oğludur.
 
Kosmos, Mərkəzi Neftçilər Xəstəxanası, zəfəran...nəsə bir şey çıxacaq”.


 
Hələ də Azərbaycanın bir ilkə imza atacağına şübhəniz varsa, sual oluna bilər: Ruslar 1957-ci ildə kosmosa it göndərə, üzərindən 50 il keçəndən sonra həmin itə Rusiyanın paytaxtında heykəl qoya bilərlər, biz ölkəmizdə yetişən, dünyanın ən nadir və qiymətli bitkilərdən sayılan zəfəranı kosmosa göndərə bilmərik? Axı bizim məntiqimizə görə, kimə daş atsan, itə dəydiyi halda, zəfəran ələ düşməyən bitkilərdəndir. Heç görübsünüzmü ki, itə mahnı bəstələyək? Baxmayaraq ki, “Layka göydə ham-ham edəndə bizim ən görkəmli şairlərimiz ondan ilham alıblar”, amma itə mahnı bəstələmək heç bir bəstəkarımızın ağlına gəlməyib.



Zəfəranın şərəfinə isə yazılmış gözəl mahnımız var. İnsadırmı, başqa planetdə yaşayanlar bu gözəl bitki barədə məlumatsız olsunlar?
 
 
 
 


Ana səhifəyə qayıt        Baxış: 4 384          Tarix: 3-07-2020, 07:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma