Xəbər lenti

 
Nehrəmdə iki gün əvvəl iki gənc dalaşıb. Onlardan birinin şikayəti ilə digəri Babək rayon polis idarəsinə çağırılıb. Səhər polis idarəsinə diri gedən şəxsin axşam ordan meyiti çıxıb, özü də yanmış vəziyyətdə. 

Ovqat.com-un əldə etdiyi məlumata görə, polis idarəsində gəncin valideynlərinə övladlarının özünü yandırmaqla intihar etdiyi deyilib.

Kənd camaatı isə onun döyülə-döyülə öldürüldüyündən və işgəncə izinin itirilməsi üçün meyitinin yandırıldığından şübhələnirlər.

İnsidentin detalları dəqiqləşdirilir.

Yasin adlı mərhumun fotosu








Ana səhifəyə qayıt        Baxış: 5 125          Tarix: 18-07-2020, 17:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma