Xəbər lenti
Dünən, 22:58
Dünən, 20:00
Dünən, 16:51
Dünən, 14:28
Dünən, 12:52
Dünən, 00:55
8-01-2025, 22:41
8-01-2025, 21:17
8-01-2025, 20:33
8-01-2025, 19:31
8-01-2025, 18:25
8-01-2025, 16:31
8-01-2025, 15:04
8-01-2025, 14:35
Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının Qərargahında AMİP sədr əvəzi Arzuxan Əlizadə, BAP sədri Elşad Musayev və ALDP sədri Fuad Əliyev arasında görüş keçirilib.
Ovqat.com-a bu barədə məlumat AMİP Mətbuat Xidmətindən verilib.
Məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, pandemiyanın törətdiyi fəsadlarla bağlı vətəndaşları narahat edən məsələlər, eləcə də Ermənistanın iyulun 12-dən başlayan təxribatları geniş müzakirə olunub.
Sədrlər həmçinin partiyalar arasında əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb və bu istiqamətdə birgə təşəbbüslər çıxış etməyin əhəmiyyətli olduğunu vurğulayıblar.
Görüşdə həmçinin 14 iyul gecəsində vətəndaşların ordumuza və əsgərimizə birlik birlik nümayişi, eləcə də ayrı-ayrı ölkələrdə keçirilən dəstək aksiyaları yüksək qiymətləndirilib.
Partiya rəhbərləri arasında keçirilən görüşdə 14 iyulun Birlik günü elan olunması üçün Prezidentə və Azərbaycan Respublikası Milli Məclisinə müraciət edilməsi məqsədilə siyasi partiyalara, qeyri-hökümət Təşkilatlarına, KİV nümayəndələrinə, o cümlədən də ziyalılara çağırışlar edilməsi qərara alınıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər