Xəbər lenti

 
 
Bu gün AMİP Qərərgahında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə arasında görüş keçirilib.
 
Ovqat.com-a AMİP Mətbuat Xidmətindən verilən məlumata görə, Fuad Əliyevin təşəbbüsü ilə keçirilən görüşdə ölkədə demokratik mühitinin formalaşdırılması və partiyaları birləşdirən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Pandemiya dövründə Azərbaycan hökumətinin atdığı addımlar, görülən işlər və çatışmazlıqları da müzakirə edən partiya rəhbərləri, həmçinin korrupsiyaya qarşı mübarizə istiqamətində DTX və Prokurorluğun həyata keçirdiyi tədbirlərlə bağlı da fikirlərini bölüşüblər.
 
Görüşdə həmçinin müzakirə olunan məsələlərin bundan sonra da gündəmdə saxlanılması üçün birgə məsləhətləşmələrin daha tez-tez keçirilməsi barədə razılıq əldə olunmuşdur.
 
Xatırladaq ki, ötən gün AMİP pandemiya şəraitinə Azərbaycanda həyata keçirilməsini vacib bildiyi 5 təklif irəli sürmüşdü. AMİP və ALDP liderlərinin bugünkü görüşündə də həmin məsələlərin müzakirə edilməsi bu baxımdan təsadüfi görünmür. Belə aydın olur ki, AMİP təkliflərini siyasi gündəmdə tutmaq üçün ölkənin digər siyasi partiyalarıyla ikitərəfli görüşlərə başlayır. Yəqin ki, bu görüşlər daha irimiqyaslı toplantıların təşkilinə qədər genişlənə bilər.


Ana səhifəyə qayıt        Baxış: 3 236          Tarix: 23-05-2020, 12:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma